Slimfit
  1. SİYASƏT

Qazilər İlham Əliyevə məktub yazdılar: "...Sizin sərkərdəliyinizlə"

Qazilər İlham Əliyevə məktub yazdılar: "...Sizin sərkərdəliyinizlə"
Sakura

Qazilər İlham Əliyevə məktub yazdılar: "...Sizin sərkərdəliyinizlə"

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyi" Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.

Ens.Az xəbər verir ki, təbrikdə qeyd olunur:

"Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandanımız!

Sizin sərkərdəliyinizlə Vətən müharibəsində şanlı zəfər qazanan xalqımızın qələbə sevinci ilə yaşadığı, qurub-yaratdığı, öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə Sizi ad gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır.

2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyiniz böyük hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl siyasət həyata keçirirsiniz. Ölkəmizi bugünkü qələbəyə çatdıran Güclü Dövlət Konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş etdirir. Bu böyük yolda ən böyük enerji qaynağı Dövlət-Xalq birliyi və bütövlüyüdür. Vətən müharibəsində şanlı ordumuzun dünyaya nümunə olan qəhrəmanlığının və şanlı zəfərinin başlıca ilham mənbəyi də bu birlik və bütövlükdür.

Sizin rəhbərliyinizlə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş, möhtəşəm uğurlar qazanmışdır.

Elan etdiyiniz və uğurla davam edən iqtisadi və siyasi islahatlar tərəqqi yolu ilə yeni zirvələrə doğru irəliləyən Azərbaycan dövlətinin daha da güclənməsi üçün etibarlı təməl təşkil edir.

Ölkəmizdə həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin yüksəlməsinə, Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında böyük xidmətləriniz ölkəmizin hər bir vətəndaşı üçün qiymətlidir.

Hörmətli Prezident! “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyi" adından Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq!"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR