Slimfit
  1. TƏBİƏT

Qəbələdə ağac kəsən şəxs cəzalandırıldı

Qəbələdə ağac kəsən şəxs cəzalandırıldı
Sakura

Qəbələdə ağac kəsən şəxs cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının keçirdiyi reyd zamanı Qəbələ rayon Yemişənli kəndi ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 7,29 kubmetr həcmində işlik oduncaq aşkar edilib. 

Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov "Report"a bildirib ki, araşdırma zamanı sexdəki oduncağın Bum meşəbəyliyinin 6 saylı dolayında Qəbələ rayon Həmzəlli kənd sakini Gəncəli İsgəndərovun kəsərək sexə satdığı məlum olub.

O qeyd edib ki, faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və ona 1 518 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR