Slimfit
  1. TARİX

QƏDİM MƏDƏNİYYƏT BEŞİYİ, NİZAMİ YURDU GƏNCƏ

QƏDİM MƏDƏNİYYƏT BEŞİYİ, NİZAMİ YURDU GƏNCƏ
Sakura

QƏDİM MƏDƏNİYYƏT BEŞİYİ, NİZAMİ YURDU GƏNCƏ

Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir. Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Hətta 1940-cı illərdə aparılan arxeoloji qazıntılar da bu nəticəyə gəlmiş və burada eramızdan əvvələ aid yaşayış məskənləri aşkar etmişlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etmək lazımdır. Gəncə ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır.

Cömərd Qəssab Məqbərəsi Gəncənin tarixi vəsiqəsi sayıla bilər. Cömərd Qəssab dördüncü xəlifə Əli ibn Əbu Talibin (656-661) hakimiyyəti dövründə yaşamış və özünün qanun tərəfdarı olması və düzlük, doğruluğu ilə seçilmişdir. Şəhər əhlinin bütlərə inandığı bir dövrdə o gizlicə olaraq İslamı qəbul etmişdi. Öz inancını gizli olaraq dəyişdirmə halları o zaman yəni VII əsrdə olan ciddi siyasi hakimiyyətin və ruhanilərin Gəncənin idarəçiliyində olan ciddi səlahiyyətlərə sahib olduğunun nümunəsidir.

VII əsrin birinci yarısında Gəncə iranlılar tərəfindən, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin axırlarında isə Gəncə ərəblərlə xəzərlərin döyüş meydanına çevrilmişdir. Bütün bu hadisələrin VII əsrin əvvəllərində və ümumiyyətlə VII əsr boyunca baş verdiyi "Dərbəndnamə" əsərində təsvir edilib. Azərbaycanın ərazisi aramsız olaraq bir-birinin ardınca olan hücumlara məruz qalmış və əlbətdə ki bunun bariz nəticəsi olaraq Gəncə şəhəri də bu basqınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır.

Aran xanlığının mərkəzi olan Bərdədən sonra Gəncə beynəlxalq ticarətdə mühüm rollardan birini oynamış və karvanların tez-tez keçdiyi və qaldığı yerlərdən biri olmuşdur. O zamanlarda pul vahidi olaraq ərəb dinarları və dirhəmlər istifadə edilirdi.

X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı. Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi. Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, Mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər. Gəncə paytaxt olma yolunda xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi.

IX-X əsrlərdə Ərəb xilafətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, Salarilər və Rəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarilərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur.

I Fəzlunun (895-1030) hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır. Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını tikdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticari zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli həmçinin xarici alıcıların da rəğbətini qazandı. Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: "İndi Gəncə sanki Cənnəti xatırladır". XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizi tutduqdan sonra I Toğrul (1038-1068) 1054-cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Şavir I Toğrulun vassalı olmağa öz razılığını verdi. Şavir I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.

Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı III Fəzlunu göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi. 1086-cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. Döyüşdə Gəncə hökmdarı III Fəzlunu əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi. Məlik şah Gəncə hakimi kimi öz oğlu olan Qiyas əd-din Taparı təyin etdi. Qiyas əd-din Məhəmməd Tapar (1105-1117) sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı. XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə Gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir.

Gəncə ilə əlaqəli digər bir hadisə isə bu dövrlərdə (25 sentyabr 1139-cu ildə) burda baş vermiş güclü zəlzələdir. Kirakos Gandzaketsi yazırdı "Dağların başını bulud və duman bürümüşdü və Gəncə qorxulu, dəhşətli zəlzələyə qərq olmuşdu. Gəncə dağılmışdı və ... ". Zəlzələnin nəticəsi olaraq Kəpəz dağı uçmuş və dağın ətəyindən keçən çayın qarşısını kəsərək hamımızın yaxşı bildiyi bir gölün yaranmasıyla nəticələndi. Bu Göy göl idi. Hal hazırda bu göl mövcud olmasıyla bərabər Azərbaycanın ən mənzərəli, gözəl təbiətli məkanlarından biri kimi tanınır. Lakin müəllif bu zəlzələ nəticəsində yaranmış öz gözəlliyi və valehediciliyi ilə seçilən digər gölləri — Maralgöl, Ceyran göl, Ördək göl, Zalugölü, Ağg öl, Qaragöl, Şamlıgöl kimi təbiətimizin inciləri olan bu gölləri qeyd etməyi unutmuşdur. Şəhərin məruz qaldığı dağıntılar səbəbiylə zəiflədiyi bir dövrdə qonşu Gürcü feodalları fürsətdən istifadə edərək bura basqınlar etmiş və Gəncəni çapıb, talamış, Gəncə Darvazalarını oğurlayıb aparmışlar. Azərbaycan tarixinin nümunəsi olan bu abidənin qalıqları qeyri sərfəli şəraitin mövcudluğu və nəzarətsizlik ucbatından hal hazırda Gürcüstan Respublikasının kilsəsi olan Gelat kilsəsinin həyətində yerləşir. Gəncə Səlcuq Türklərinə məğlub olana yəni XI əsrə qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. Şəhər 1139-cu ildə zəlzələ nəticəsində 5 ci əsrdə yaranmış orjinal şəhər dağılmış və XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir.

Uzun sürən daxili feodal çəkişmələrinin nəticəsində Səlcuq dövləti xeyli zəiflədi. Səlcuq dövləti yerli feodalların güclənməsi üçün şərait yaradaraq yeni xırda dövlətlərin yaranmasına təkan verdi. Onlardan biri Şəmsəddin Eldəniz tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə Arranda yerləşən bu dövlətin bir hissəsinə çevrildi. XII-XIII əsrlərin əvvələrini Gəncə üçün çiçəklənmə dövrü adlandırmaq düzgün olardı. Atabəylər dövlətinin ikinci mərkəzi, paytaxtı olan Gəncə istehsal etdiyi məhsullarla nəinki ölkə daxilində, həm də ölkə xaricində böyük şöhrət qazanmış və "Arran şəhərlərinin anası" səviyyəsinə qədər ucalmışdı. Gəncə ipəyi istehsal edən müəssisə qonşu ölkələr və Orta Şərq bazarlarında böyük rəğbət qazanmışdı.

Gəncədə kənd təsərrüfatı, əkinçilik və malqaraçılıq incəsənətlə paralel olaraq geniş miqyasda inkişaf edirdi. Müəllifi naməlum olan "Əcaib əd-dünya" əsərində Arranın paytaxt şəhəri olan varlı və inkişaf etmiş Gəncə şəhərinin hündür və möhkəm qala divarlarıyla əhatə olunduğu qeyd edilir. Bütün Gəncə yaşıllığa qərq olmuşdu. Burda müxtəlif növ meyvələr mövcud idi. Atlas, parçalar, pambıq, ipək və digər məhsullar müxtəlif şəhərlərə ixrac edilirdi. Yerli əhali cəsur və hərbi cəhətdən qüvvətli idi.

Bu dövrlərdə Gəncə Azərbaycanın mədəniyyətinin inkişafında vacib rol oynamışdır. Dünya şöhrətli elm və incəsənət əsərlərinə sahib şair və alimlər bu şəhərdə yaşayıb yaratmışlar.

Məshəti Gəncəvi yaradıcılığını qeyd etmək yerinə düşərdi. O zamanının istedadlı, qabiliyyətli şairəsi olub, xalqın və hakimiyyətin rəğbətini qazanmışdır. Azərbaycanın dünya şöhrətli ixtiraçı və qeyri adi istedada sahib şairi Nizami Gəncəvi bu dövrlərdə yaşayıb yaratmışdır. Onun Xəmsəsi dünya ədəbiyyatı xəzinəsinin nadir incilərdən biridir. J.E.Bertels Nizami haqqında "O, sahib olduğu fitri istedad və füsunkar ruhu ilə əbədi olaraq bəşəriyyətin məhəbbətini qazanmışdır".

XIII əsrin əvvəllərində Azərbaycan bir sıra Monqol basqınlara məruz qaldı. Onlar hər yerdə ciddi müqavimətə rast gəlirdilər. Onların 1220-ci ildə Azərbaycana ilk basqını zamanı düşmənə layiqli müqavimət göstərən, o zamanlar güclü olan Gəncəni tuta bilməmişdi. 1225-ci ildə Cəlaləddinin başçılığı altında davam edən basqınlardan sonra, bir birinin ardınca Azərbaycan şəhərləri talanmağa başladı. Bunların arasında Gəncə şəhəri də var idi. Aramsız olaraq sürən basqınların nəticəsində Atabəylər dövləti süquta uğradı. Cəlaləddinin hökmranlığı dövründə yerli əhaliyə qarşı amansız davranılmış və vergilər olduqca yüksəldilmişdi. Bütün bunlar 1231-ci ildə Gəncə əhlinin xarici işğalçılara qarşı qaldırdığı üsyanla (Gəncə üsyanı) nəticələndi. Qiyamlar nəticəsində şəhər hökmdarının sarayı dağılmış, xidmətçiləri öldürülmüş və yerli varlılar bir neçə aylıq olaraq vergilərin ödənilməsinə məcbur edilmişdilər. Üsyan yatırıldı. Üsyanın başçısı Bəndər usta və onun 30 tərəfdaşı həbs edilmiş, daha sonra isə edam edilmişdilər. 1231-ci ildə Gəncə şəhərini mühasirəyə alan Mongollar yerli əhalinin güclü müqavimətinə rast gəldi. Lakin bütün bunlara baxmayaraq işğalçılar Gəncəni zəbt edərək şəhəri darmadağın etmiş və yerli əhalini olmazın işgəncələrə düçar qılmışdılar. Uzun müddət şəhər bərpa edilməmişdi. Gəncənin bərpa edilməsinə yalnız 1235-ci ildə sərəncam verildi.

XIII əsrin ortalarında Azərbaycan Xilafi xan (1256-1265) tərəfindən idarə olunan Xilafətin tərkibinə daxil oldu. XIII əsrin 80-ci illərdə Azərbaycan Əmir Teymurun hücümlarına məruz qaldı. Azərbaycan Teymurla Toxtamış arasında gedən münaqişənin mübarizə sahəsinə çevrildi. Teymurun Gürcüstana etdiyi basqınlar zamanı Gəncə hərbi baza rolunu oynadı. Teymurun Azərbaycana yürüşü fəlakətlə nəticələndi. XVI əsrin əvvəllərində yeni Səfəvilər dövləti yarandı. Gəncə Şah İsmayıl Xətai tərəfindən qurulan bu dövlətin bəylərbəyliyindən biri idi. Sultan Şahverdinin Gəncə bəylərbəyliyinə hökmdar təyin edilməsindən sonra Gəncə və Qarabağda uzun müddətli Qacar tayfasına mənsub yeni Ziyad oğulları sülalənin nümayəndələrinin hökmranlığı dövrü başladı.

Trans Qafqaz məkanında ticarət sahəsində yenidən aparıcı yerlərdən birini tutan Gəncə Rusiya və Yaxın Şərqdəki və Avropadakı ölkələrlə sıx ticarət əlaqələri yartmışdı. Tarixi mənbələrdən birinə əsaslanarsaq o dövrlərdə Gəncənin 225000 əhalisi var idi.

Fərhad Paşa Sultan III Muradın əmri ilə Səfəvilərin əlində qalan Gəncə üzərinə gedir. Gəncə 1 Sentiyabır 1588/9 Şəvval 996 alınır.Gəncə alındıqdan sonra Fərhad Paşa qala inşaasına başlanmasına əmr verir(3 Sentiyabır 1588/11 Şəvval 996). Qala qırx gün kimi qısa bir zamanda 3800 Zira (1 Zira=1 Arşın, Təqribən 71 sm.) uzunluğunda, 10 Zira yüksəkliyinde və 3 Zira qalınlığındaki bu qala tamamlanmıştır. Əsgi bir ibadət yerinin bərpası adtinə uyularaq Səlatini Səbuktəkindən qalma xarab bir cami sürətlə təmir edilmiş və ilk cuma namazı 14 oktyabır 1589/23 Zilqadə 997 tarixində bu camidə qılınaraq Murad bin Səlim adına ilk xutbə oxunmuştur.

Müvəqqəti olaraq hərbi fəaliyyətlərin azalması və ticari əlaqələrin genişlənməsi Gəncənin və digər şəhərlərin iqtisadiyyatının dirçəlməsinə və inkişafına gətirib çıxartdı. Bu dövrlərdə burda olan Türk səyyahı olan Övliya Çələbi Gəncədə hər birinin bağçası olan 6000 dən çox evin olduğu haqqında öz xatirələrində qeyd edirdi. Xüsusilə o Gəncədə ipək sənayesinin inkişafını qeyd edirdi. Osmanlıların Rusiyadan Xəzəryanı ərazilərin alınmasıyla daha çox dağıntılara səbəb oldular. 1723-də Osmanlılar Gəncəni mühasirəyə almış lakin oranı tutmağa nail ola bilməmişdilər.

Gəncə İran tərəfindən dağıdıldı. İran ordususnun başında duran Nadir şah Azərbaycandan Türklərin və Rusların çıxarılmasını və bu ərazilərin İranın əsarəti altında olmasını qarşısına məqsəd qoymuşdu. 1735-ci ildə Gəncə yaxınlığında İran və Rusiya arasında bağlanan müqavilyə əsasən Rusiya hökuməti hərbi qüvvələrini Xəzəryanı ərazilərdən geri çəkdi.


Şah Abbas məscidi (Cümə məscidi)
Nadir şahın yürütdüyü siyasət əhalinin tamamilə viranına və kasıbçılığın artmasına gətirib çıxartdı. 1747-ci ildə Nadir şahın öldürülməsi xalqın müstəqilliyə doğru ruhlanmasına və nəticədə müstəqil feodal dövlətlərinin –xanlıqların yaranmasıyla başa çatdı. XVIII əsrin ortalarında Gəncə xanlığı yarandı. Ziyadoğlulları sülaləsinin nümayəndəsi olan, uzun müddət Gəncəni idarə edən Şaxverdi xan(1740-1756) Gəncənin xanı oldu. XVIII əsrin 80-ci illərində Cavad xanın hakimiyyəti dövründə Gəncə gücləndi. O, müstəqil xarici siyasətə üstünlük verirdi. Gəncə xanlığının öz şəxsi pul vahidi mövcud idi.

Rusiya işğalı
Bu dövrlərdə Rusiya İmperiyası aristokratiya, zadəgan, mülkədar və tüccarların maraqlarını dəstəkləyən və ticari əlaqələrini artırmaq üçün yeni ölkə və dövlətləri tutmağı məqsədləşdirən bir siyasəti izləyirdi. Buna görə də Rusiya imperiyası strateji və iqtisadi cəhətdən əlverişli vəziyyətdə yerləşən Azərbaycana xüsusi bir maraq göstərirdi. Gəncə xanlığının yerləşdiyi yerin əlverişli mövqeyini nəzərə alarsaq, Rusiya ilk olaraq buranı zəbt etmək, daha sonra isə buranı hərbi baza kimi istifadə edərək burdan digər xanlıqlara hücum edə biləcəkdi. Rusiya ordusu komandanı Gəncəni İranın şimal əyalətlərinə aparan yolun açarı hesab edirdilər. Generalın yazdıqlarına görə Gəncə qalası Azərbaycanın strateji cəhətdən çox əlverişli bir mövqedə yerləşmişdir. Bu səbəblə Rusiya ilk növbədə Gəncə qalasının tutulmasını məqsədləşdirmişdi. Sisianov dəfələrlə Gəncə xanı Cavad xana könüllü surətdə təslim olmağı təklifini göndərmiş və hər dəfə də rədd cavabını almışdı. 1803-cü ildə o, Tiflisdən keçərək ordusunu Gəncə istiqamətinə yönəltmiş, dekabr ayında isə Gəncə qalasına yaxınlaşmışdı. Qalanın tutulmasının çətin bir proses olduğunu bilən ordu başçısı xüsusi hazırlıqlardan sonra 1804-cü il yanvar ayının 3-ü səhər saat 5-də qalaya hücum əmri verdi. Amansız keçən döyüşdən sonra onlar şəhəri tutmağa nail oldular. Cavad xan öldürüldü. Gəncənin adı dəyişdirilərək Yelizavetpol (Rusiya imperatoru Aleksandrın arvadı Yelizavetanın şərəfinə) adlandırıldı.

1805-ci ildə imperiya hökuməti rəsmi olaraq komendant idarə üsulunun tətbiqinə başladı. O dövrdən etibarən bütün ordu, mülki və maliyyə strukturları birbaşa komendanta tabe idilər. 1806-cı ildə Gəncədə yerli məhkəmə yaradıldı.

Gəncə şəhərində əhalinin üzərində nəzarətin gücləndirilməsi məqsədilə 1824-ci ildə burda polis şöbəsi yaradıldı. Bu şöbə və onun fəaliyyəti yerli əhali arasında ciddi narazılıqlara səbəb oldu. Komendant sistemi 1840-cı ildə ləğv edildi. Daha sonra Gəncə Gürcüstanın İmeret əyalətinin tərkibinə qatıldı və burda rayon mərkəzi yaradıldı.

Yelizavetpol əyaləti 1868-ci ildə quruldu və Gəncə bu əyalətin paytaxtı oldu. Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerdə yerləşməsi ona Qafqazdan da o tərəfə Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqəlerinin yaratmasına imkan yaratdı. XIX əsrin birinci yarısında Gəncədə mədəniyyətin dirçəlişi müşahidə edilirdi.

1606-cı ildən 1804-cü ildə Rusiya İmperiyasına birləşdiyi dövrə qədər Gəncə İran imperiyasının tərkibində xanlıq mərkəzi olmuşdur. 1826-cı ildə Rus qoşunları İran qüvvələrini məğlubiyyətə düçar edərək onları burdan sıxışdırıb çıxarmışlar. Çoxlu sayıda erməni, rus, alman köçkünləri burda yerləşdirilmişdir. Şəhər 1804-cü ildən 1918-ci ilə qədər Çar birnci Aleksandrın arvadının adıyla (Yelizavetpol) adlandırılıb. Hətta şəhərin tarixi adını əhaliyə unutdurmaq üçün "Gəncə" sözünü işlədənlər 1 gümüş abbası cərimə olunurdu. 1918-ci ilə kimi olan bütün rəsmi sənədlərdə Gəncə Yelezavetpol kimi xatırlanır. XIX əsrin 70 ci illərində Gəncə eyni adlı əyalətin mərkəzi oldu. Şəhər haqqında qanunun 1870 ci ildə qəbul edilməsinə baxmayaraq yalnız 27 il sonra Gəncədə qüvvəyə mindi.

Gəncə şəhəri qısa bir zaman müddətinə 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın müvəqqəti paytaxtı olmuşdur. Tarixdəki dəyişikliklər həmçinin şəhərin adına da təsir etmişdir. Şəhərin tarixi adı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra özünə qaytarıldı.

1920-ci il Sovet işğalı varlıların əlindən sahib olduqları imtiyazları alaraq onları sadə kasıb əhaliylə bir tərəziyə qoyaraq Gəncənin inkişafına öz təsirini göstərdi. Bir çox gəncəli, hətta varlı olmayanlar da İran və Türkiyəyə üz tutaraq buranı tərk etdi və təxminən 70 ilə yaxın öz doğmaları və ana vətənlərindən uzaq qalmaq məcburiyyətində qaldılar. Buna cavab olaraq 1920-ci ildə Gəncədə güclü bir üsyan baş vermişdir. Yalnız 1990-cı illərin axırlarında onlar yenidən vətənə qovuşmaq imkanı əldə etdilər. 1946-1950-ci illərdə bütün ölkədə olduğu kimi Gəncəni də represiya, həbslər, deportasiya dalğası bürümüşdü. Represiyaya məruz qalmışların bir qismi evə dönmə imkanı olmadan cənub sakinləri üçün dözülməz bir şəraitdə yaşamış digərləri isə yalnız on il keçdikdən müxtəlif xəstəliklərə tutulmuş olaraq dönə bilmişlər. İkinci dünya müharibəsində 25.643 Gəncəli cəbhəyə yollanmışdır. Gəncəli kiçik leytenant olan İsrafil Məmmədovun Novqorod şəhəri yaxınlığında Pustinovka kəndi uğrunda göstərdiyi şücaət ona dünya şöhrəti qazandırmış və o, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilmişdir.

Müstəqillik dönəmi
Daha sonra 1989-cu ildə şəhərin Gəncə adı yenidən qaytarılmış və indiyədək də şəhər bu adı daşıyır. 1993-cü ilin iyun ayında baş verən hərbi çevrilişin cərəyan etdiyi və Prezident Əbülfəz Elçibəy hökumətinin devrilməsiylə nəticələnən bir səhnəyə çevrilmişdi. Hal hazırda Gəncənin ərazisi 100 km²-dən artıq olub, əhalisinin sayı isə 350 min nəfərdən ibarətdir. Quru Qobu ərazisində "Gülüstan" mikrorayonu və "Yeni Gəncə" rayonun qurulması Gəncənin tutduğu ərazinin genişlənməsi şəhərin gələcək inkişafı üçün bir əlverişli şərait yaratdı. 2006-cı ildə Gəncədə Azərbaycanda ikinci beynəlxalq hava limanı açıldı. Şəhərin ərazisi 110 kv. km, əhalisinin sayı 1 sentyabr 2012-ci il tarixə 321.7 min nəfərdir. Gəncə Şəhəri 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. “Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 iyun 2004-cü il, 19 may və 11 oktyabr 2005-ci il, 31 oktyabr 2006-cı il, 30 may 2007-ci il, 3 mart və 24 sentyabr 2008-ci il, 25 may 2009-cu il, 11 fevral 2010-cu il, 09 fevral 2011-ci il, 21 yanvar 2012-ci il tarixlərdə Gəncə şəhərinə səfər etmişdir.

Müəllif: Tural İsaqov

Mənbə: ganjacity.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR