Slimfit
  1. İDMAN

Qələbə "Qarabağ"a nə qədər QAZANDIRDI?

Qələbə "Qarabağ"a nə qədər QAZANDIRDI?
Sakura

Qələbə "Qarabağ"a nə qədər QAZANDIRDI?

Ötən gecə Portuqaliyanın "Braqa" klubunu Avropa Liqasından kənarlaşdırmaq "Qarabağ"ın büdcəsini daha 1,2 milyon avro zənginləşdirib.

Ens.az baku.ws-ə istinadən bildirir ki, Ağdam təmsilçisi 1/8 final mərhələsinə vəsiqə qazanmaqla ənənəvi olaraq bu məbləği hesabına köçürəcək. Azərbaycan çempionu bu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda doğma azarkeşləri önündə Portuqaliya klubu "Braqa"ya 2:3 hesabla uduzsa da ümumi görüşün nəticəsinə görə 6:5 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb. Bu gün Bakı vaxtı ilə 15:00-da 1/8 final mərhələsinin püşkü atılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR