Slimfit
  1. ELM

QİÇS

QİÇS
Sakura

Qazanılmış İmmun Çatışmazlığı Sindromu

Qazanılmış İmmun Çatışmazlığı Sindromu(ing. Acquired Immune Deficiency Syndrome) - İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsi. QİÇS-in təzahür formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

Qeyd: HİV(İİV) pozitiv olmanız QİÇS olmanız demək deyil. Vaxtında aşkarlanıb müalicə aldığınız tədqirdə bu xəstəliyə qalib gəlmiş olarsınız. HİV ÖLÜMCÜL DEYİL! Xroniki xəstəlikdir (misal üçün: şəkər xəstəliyi kimi) sizi ömür boyu tərk etmir amma effektiv müalicə və sağlam həyat tərziniz olduğu tədqirdə bu xəstəliyi latent səviyyədə yəni simpton səviyyəsində saxlamağınız mümkündür.

İİV qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə və insan özünü yaxşı hiss edə bilər. Bəzi hallarda İİV ilə yoluxmuş şəxsin 8 yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülmüşdür. Yoluxma baş verdikdən ən az 3 ay sonra aparılan ELISA testləri ən doğru nəticəni göstərir.

İİV –insanın immunçatışmazlığıvirusudur.

İİV insanımüxtəlif infeksiyalardan vəbədxassəli şişlərdən qoruyan immun sisteminətəsir göstərir.

 İİV immun sisteminin müəyyən(CD4 adlanan) hüceyrələrini zədələyir. CD4 hüceyrələrinin qanda miqdarının azalması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında məlumat verir. İİV-infeksiyası ləng gedən infeksiyalarına aiddir.

 İV-ə yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir.

 Yoluxma anından, spesifik kliniki əlamətlarin birüzə verilməsinə qədər olan dövr bir neçə il (orta hesabla 6-10 il) davam edə bilər. İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyatindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır.

 Zaman keçdikçə virusun və orqanizmin mübarizəsi immun sistemin zəiflənməsinə gətirib çıxarır və opportunistik adlanan bir çox infeksiyalara (vərəm, pnevmosist pnevmoniya və s.) və bədxassəli şişlərə (sarkoma Kapoşi, limfomalar) qarşı insanın həssasığı artır.

 AİDS/QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur.

 QİÇS diaqnozu İİV- müsbət insana o zaman qoyulur ki, onda CD4 hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, xəstəliyin kliniki əlamətlari opportunistik infeksiyalar yaxud onkoloji xəstəliklər şəklində aşkar olunur.

 

Yoluxma

Xəstəliyin hazırda letallıq göstəricisi 100%-dir. QİÇS zamanı ölüm ya opportunist infeksiyalardan, ya da bədxassəli şişlərdən və onların yayılmasından (metastaz) baş verir. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir. Yoluxma üçün kifayyət miqdarda İİV orqanizmin 4 (dörd) mayesində olur: qan, sperma, vaqinal maye və ana südü.

  • Cinsi yolla– xüsusilə də, paraseksual əlaqələr zamanı.
  • Damardaxili inyeksiyalar yolu ilə– narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.
  • Transplasentar yolla– xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.

Ümumiyyətlə QİÇS xəstəliyi kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə homoseksuallardan sonra ikinci yeri tuturlar – 20-25%. Bundan sonra isə xəstəlik hemofiliyalı xəstələrdə və digər qan resipientlərində, təsadüfi heteroseksual əlaqələrdə olan şəxslərdə və s. rast gəlinir. Təxminən 6% hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilinmir (kriptogen).

QİÇS-li xəstə şəxslərdə və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyindaxili likvorda olur. Orqanizmdə olan digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, gözyaşlarında, vaginal sekret mayesində HIV virusuna çox az rast gəlinir.

İmmun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin (məsələn, Kapoşi sarkoması) inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnir. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə artmağa davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.

Xəstəliyin nozologiya cəhətdən adı əslində HİV infeksiyasıdır (HİV - Human İmmunodeficiency Virus, yəni İİV - İnsan İmmunçatışmazlıq Virusu). QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir. Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikadabaşlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afrikadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksuallar arasında aşkar olunmuşdur.

HIV bu yollarla keçməz

HIV/QİÇS gündəlik təmaslarla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. HIV sağlam dəridən keçməz. Bundan əlavə, HIV/QİÇS bu yollarla da keçməz:

  • Əl sıxma, dəriyə toxunma, oxşama, qucaqlama,
  • Tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis,
  • Yeməklər, içkilər, çəngəl, qaşıq, stəkan, qab, telefonvə s.
  • Tualet, duş, üzmə hovuzu, dəniz, sauna, hamam və s.
  • Ağcaqanadvə digər böcəklərin sancması,
  • HIV pozitiv şəxs ilə eyni mühitdə pişik, itvə digər heyvanlarla birlikdə yaşamaq.

 

Simptomlar

HIV-ə yoluxduqdandan sonra, xəstəliyin əlamətləri şəxsin həyat şərtlərinə və bədən müqavimətinə müvafiq olaraq bir neçə il içində, hətta bəzən daha uzun müddət sonra ortaya çıxa bilər. HIV yoluxduğu orqanizmdə müxtəlif hüceyrələrə, xüsusilə CD4+ qan hüceyrələrinə yerləşərək çoxalır. Zərər görən CD4+ hüceyrələri getdikcə azalır və bunun nəticəsi olaraq bədənin immun sistemi zəifləyir. Bədən müqaviməti zəifləyən xəstədə normalda zərərsiz olan, yüngül keçən ya da nadir rast gəlinən bəzi xəstəliklər meydana çıxır. Ayrıca limfa vəzlərində böyümələr, ağız və dəridə təkrarlanan uçuq, yara və ləkələr, səbəbi bilinməyən davamlı qızdırma, gecə tərləmələri, çəki itkisi, ishal, öskürək kimi simptomlar müşahidə edilir. Vərəm və digər bakteriya, göbələk xəstəliklərinin yaranması üçün infeksiyalar ortaya çıxır. Kapoşi sarkoması və bəzi limfomalar da HIV infeksiyasını göstərən əhəmiyyətli əlamətlərdəndir. Qəti diaqnoz üçün anti-HIV (ELISA) testi edilir. Sonda isə təsdiq edici test vasitəsilə sizin son olaraq virusa yoluxub yoluxmadığınız yoxlanılır. Əgər bu test nəticəsində mənfi (neqativ) nəticə olarsa deməli nəticəniz neqativdir.

Qeyd: İİV( QİÇS) testi hər hansı şübhəniz olduğu tədqirdə dərhal etdirməniz vacibdir və 3 aydan sonra bir daha test etdirməlisiniz. 3 ayın sonunda verilən nəticə tam nəticədir.

İİV(QİÇS) pozitiv olduğunuz tədqirdə virus artıq qanınızda var. İİV(QİÇS) neqativ nəticə olduğu tədqirdə isə virusun qanınızda olmadığı aşkar olunur.

 

Ekspress-test

Təcili hallarda (məsələn, həyati göstərişlər üzrə əməliyyatlar zamanı və ya doğum evlərində) istifadə oluna bilər. Ekspress-testin aparılması mürəkkəb təchizat və heyətin peşəkarlığını tələb etmir, lakin onun nəticəsi sonradan standart HİV-ə müayinə üsulu ilə təsdiq olunmalıdır.

 

HIV-dən müdafiə üsulları

QİÇS-lə mübarizə rəmzi qırmızı lent

  • Qorunmadan cinsi əlaqəyə girilməməlidir. Prezervativinmöhkəm olmasına diqqət edilməli, prezervativ zərər verə biləcəyi üçün vazelinkimi neftəsaslı sürüşkənləşdiricilər istifadə edilməməlidir. Qadın və kişi prezervativi və ya iki kişi prezervativi birlikdə istifadə edilməməlidir. Bu, sürtünməni artırdığına görə prezervativin cırılmasına səbəb ola bilər.
  • Qan köçürülməsi zamanı, QİÇS testi edilməmiş qan qəti şəkildə istifadə edilməməlidir.
  • Dezinfeksiyaedilməmiş şpris, iynə, cərrahi alətlər, ülgüc, qayçı, stomatologiya alətləri, akupunktur iynələri qətiyyən istifadə edilməməlidir. Tək istifadəlik vasitə-vəsaitlər yenidən istifadə edilməməli, istifadə edilən alətlər dezinfeksiya ya da sterilizə edilməlidir.
  • HIV pozitiv olan şəxs testin nəticəsini öyrəndikdən sonra qətiyyən qan bağışlamamalıdır.
  • HIV-li sperma mayesi, genital maye və qanın yaralı bir bölgəyə təmasının qarşısı alınmalıdır.
  • Virus yoluxmasının qarşısını almaq üçün açıq yaralar sarğı ilə bağlanılmalıdır.

 

İİV-infeksiyasının profilaktikası

HİV-infeksiyasının profilaktikasıonunla mübarizədə ən vacib vasitədir. Bütün dünyada alimlər HİV-ə qarşı vaksinin hazırlanması istiqamətində çalışırlar. Bəzi ümidverici nəticələrə baxmayaraq, vaksinin kəşfi haqqında danışmaq hələ tezdir. Bununla əlaqədar olaraq AİDS-in profilaktikasıhər bir insanın şəxsi işi olmalıdır.

HİV-infeksiyasının profilaktikasının ən vacib istiqaməti HİV-invertikal ötürülməsininprofilaktikasıdır. BurayaHİV-infeksiyalı qadınların hamiləlikzamanı uşağın infeksiyalaşma riskini azalmasına yönəlmiş profilaktik müalicəsi,qeysəriyə kəsiyivasitəsi ilə doğuşlar, HİV-infeksiyalı anadan doğulmuş uşağınsüniqidalandırılmasıaiddir.

Uşaqların infeksiyalaşmasının profilaktikasına hamiləqadınların, həmçinin nigaha daxil olanarın və ya dünyaya uşaq gətirməyə hazırlaşanların HİV-əkönüllü testləşdirilməsiniaid etmək olar.

Cinsi yolla yoluxmanınprofilaktikası xüsusilə vacibdir. Buraya qənclərlə maarifləndirmə işi aiddir ki, bu zaman onlara AİDS və cinsi yolla ötürülən digər infeksiyalardan müdafiə olunmaq üçünprezervativdənistifadənin vacibliyi açıqlanır, eləcə də,HİV-in ötürülməsiyolları və yoluxmadan necə qorunmaq imkanları barədə dəyərli məlumatlar verilir.

HİV-in qanla otürülməsininprofilaktikasına gəldikdə, xüsusən üzərində qan izləri qala bilən tualet əşyalarından (ülgüç, manikür qayçıları və.s) istifadə zamanı gigiyena qaydalarına əməl edilməsi, tibbi alətlərinin mütləq sterilləşdirilməsi, eləcə də donor qanınınHİV-ə yoxlanılmasıvacibdir. HİV-in qanla ötürülməsinin profilaktikasında inyeksion narkotik istifadəçiləri arasında HİV-infeksiyasının profilaktikası xüsusi yer tutur, çünki onların yoluxması qeyri-steril alətlə narkotikin yeridilməsi zamanı baş verir.

Bütün bu profilaktik tədbirlər sağlam həyat tərzinin təbliği, narkotiklərdən və şoxsaylı təsadüfi cinsi əlaqəlırdən imtina, daimi partnyora qayğı ilə müşahidə olunmalıdır.

HİV-infeksiyasınınprofilaktikasında mətbuatda, radio və televiziyada aparılan "sosial reklam” vacib yer tutur.

HİV-ə yoluxmadan qaçmaq,yoluxmuş insanı müalicə etməkdən qat-qat asandır.

 

Müalicə

Hal-hazırda HIV-in müalicəsi üçün məlum bir dərman mövcud deyil, elmi baxımdan HIV virusuna yapışa bilən tək zülal kompleksi Gp41 özündə HIV virusu ehtiva edən hüceyrələrin müdafiə mexanizmi vasitəsi ilə virusun müəyyən edilib, yox edilməsinə imkan verir.

Azərbaycanda İİV (QİÇS) müalicəsi və proflaktikası pulsuzdur.

Respublika QİÇS mərkəzində dövlət tərəfindən müayinə və dərmanların verilməsi tamamilə pulsuzdur.

İİV çox bahalı müalicədir ümumi müalicə(dərmanlarla birgə) aylıq 1000-1200 abş dolları arasında dəyişməkdədir. Bir çox ölkələr (xüsusilə avropa ölkələri) bu müalicə dövlət hesabına və ya icbari sığorta əsasında müalicə olunur.

 

LÜĞƏT

İİV- İnsanın İmmunçatışmazlığı Virusu

İİV-infeksiyası – İİV-lə yoluxma nəticəsində immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən xroniki infeksion xəstəlikdir

QİÇS – Qazanılmış İmmunçatışmazlığı Sindromu – immun sisteminin ağır zədələnməsi ilə səciyyələnən İİV-in son mərhələsidir

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin apardığı işlər

İİV-infeksiyasının diaqnostikası

İnsanın İİV-ə yoluxub-yoluxmamasını aşkar etmək üçün yeganə üsul – xüsusi laborator müayinədən keçməkdir. Bunun üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə (RQMM), Naxçıvan QİÇS-lə Mübarizə Mərkəzinə, regional İİV-diaqnostika laboratoriyalarına, yaxud ölkənin hər hansı dövlət tibb müəssisəsinə müraciət edib pulsuz müayinədən keçmək olar.

RQMM və onun regional diaqnostik laboratoriyaları beynəlxalq standartlara uyğun təşkil edilib və müasir avadanlıqla təchiz olunub.

İİV-infeksiyasının ilkin diaqnostikası RQMM-də və regional laboratoriyalarda həyata keçirilir. İİV-infeksiyasının təsdiqedici diaqnostikası yalnız RQMM-in referens laboratoriyasında aparılır.

İİV-ə yoluxması təsdiq olunan insanların bütün sonrakı laborator müayinələri (ikincili və yanaşı gedən xəstəliklərin diaqnostikası, immunoloji, virusoloji müayinələr və s.) RQMM-də və onun 6 regional laboratoriyasında həyata keçirilir.

 

İİV-infeksiyasına epidemioloji nəzarət

RQMM mövcud olan qanun, sərəncam və əmrlərə əsasən Azərbaycanda İİV-infeksiyası üzərində epidemioloji nəzarətin aparılmasını təmin edir və ölkədə İİV-ə müayinə olunmuş şəxslər haqqında məlumatın toplanılması və təhlili, İİV-ə yoluxmuş insanların aşkar olunması və qeydiyyata alınması, eləcə də İİV-infeksiyasının yayılma tendensiyalarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, İİV-infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əksepidemik tədbirlər həyata keçirir.

 

İİV-lə yaşayan insanlara tibbi yardım

İİV-ə yoluxmuş insanlar RQMM-in dispanser qeydiyyatına götürülür və onların müntəzəm müşahidəsi aparılır. İİV-lə yaşayan insanlara və onların ailə üzvlərinə psixoloji yardım göstərilir və infeksiyasının yayılmasının qarşısının alınması üçün profilaktik tədbirləri həyata keçirir.

İİV-infeksiyası zamanı inkişaf edən ikincili xəstəliklərin profilaktikası və müalicəsi müvafiq dərman preparatları ilə aparılır. Ehtiyac olduqda, xəstələrə xüsusi antiretrovirus (ARV) preparatları ilə müalicə aparılır. ARV-müalicəni müntəzəm qəbul edən şəxslərin həyat keyfiyyəti yüksəlir və onlar aktiv həyat və iş fəaliyyətlərini davam etdirilər. 

Xəstələrin vəziyyətindən asılı olaraq, RQMM tərəfindən stasionar şöbəsində və ev şəraitində palliativ yardım göstərilir.

 

İİV/QİÇS-lə bağlı könüllü müayinə və məsləhət

İİV-ə müayinə olunmaq üçün müraciət edən hər bir şəxs ilə müayinədən əvvəl və sonra məsləhətləşmələr aparılır, İİV-infeksiyası və ondan qorunma haqqında məlumat verilir, informasiya materialları və qoruyucu vasitələr paylanır.

RQMM-də və regional laboratoriyalarda İİV-ə müayinə və məsləhət şəxsin istəyi ilə anonim qaydada aparıla bilər. RQMM-də bunun üçün anonim müayinə kabineti fəaliyyət göstərir.

 

Beynəlxalq əməkdaşlıq

RQMM İİV/QİÇS-lə mübarizə sahəsində yeni nailiyyətlərin ölkədə tətbiq olması, müasir standartlara cavab verən kadrların hazırlanması və təcrübə mübadiləsi məqsədi ilə beynəlxalq təşkilatlarla müxtəlif istiqamətlərdə əməkdaşlıq qurub.

 

HIV/QİÇS və uşaqlar

HİV daşıyıcısı olan və müalicə olunmayan anaların təxminən 30%-i virusu körpələrinə də keçirirlər. Əgər ana yeni yoluxmuşdursa ya da QİÇS-in irəli mərhələlərindədirsə, virusun körpəyə keçmə ehtimalı daha yüksəkdir. Virusun anadan körpəyə keçməsi üç şəkildə reallaşa bilər:

  • Hamiləlikzamanı - Qan və plasenta yolu ilə yoluxur.
  • Doğumzamanı - Qan yolu ilə yoluxur.
  • Əmizdirmə zamanı - Ana virus daşıyıcısıdırsa südündə HIV olur və körpə süd vasitəsi ilə virusa yoluxa bilər.

Dünyada təxminən 2.5 milyon uşaq HİV daşıyıcısıdır. 2010-ci ildən etibarən təxminən 25 milyon uşağın QİÇS səbəbiylə yetim qalacağı nəzərdə tutulur.

 

Azərbaycanda vəziyyət

İnsanın immun çatışmazlığı virusunun törətdiyi HIV infeksiyası dünyada geniş vüsət almışdı. Azərbaycanda HIV-ə yoluxma səviyyəsinin göstəricisi digər ölkələrlə müqayisədə aşağıdır və bu problem daim Səhiyyə Nazirliyinin nəzarətindədir. HIV infeksiyasına yoluxma daha çox narkotik istifadəçiləri arasinda geniş yayılıb. Belə ki, HIV yoluxması aşkar olunmuş 330 nəfərdən 210-da yoluxma məhz narkotik istifadəsi nəticəsində yaranıb.

Azərbaycanda 2009-cu ilin 9 ayı ərzində HIV-ə yoluxmuş 330 şəxsdən 319-u Azərbaycan vətəndaşı 11 nəfəri isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 319 Azərbaycan vətəndaşından 277-i kişi, 42-i isə qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 59 nəfər, vəfat etmiş vətəndaşların sayı isə 30 nəfər olmuşdur. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşından 98 nəfəri respublikadan kənarda yoluxub.

Qeyd etmək lazımdır ki, Azərbaycanda HIV infeksiyası ilk dəfə 1987 ci ildə aşkar edilmişdir. Hal–hazırda Respublika QİÇS-lə Mübarizə mərkəzində 2144 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 82 nəfəri əcnəbi, 2062 nəfəri isə Azərbaycan vətəndaşıdır. Azərbaycanda ilk dəfə olaraq 08.11.2006-cı il tarixdən etibarən HIV-ə yoluxmuş insanlarSəhiyyə Nazirliyi tərəfindən pulsuz qaydada Respublika Qiçs-lə Mübarizə mərkəzində antiretrovirus preparatları ilə müalicəyə cəlb olunub. Bu müalicədə 287 nəfər iştirak edir. Respublikada QİÇS problemi ilə əlaqədar ictimai və beynəlxalq təşkilatlarla əməkdaşliq davam edir.

 

Ümumdünya QİÇS-lə mübarizə günü

1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. 1988-ci ildə təsis edilmiş QİÇS Günü dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran zirvə görüşündən (sammit) sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb.

 

Dəstək mərkəzləri

Bütün dünyada HIV/QİÇS proqramları xəstəliyin qarşısının alınması, müalicə, qulluq və dəstək başlıqları altında aparılır. HIV/QİÇS son illərdə xəstəliyin müalicəsində qeydə alınan inkişaf sayəsində, nizamlı müalicə tələb edən bir xəstəliyə çevrilmişdir, HİV-ə yoluxmuş insanların sağlam həyat sürmələri mümkün hala gəlmişdir. Ancaq HIV/QİÇS ilə əlaqədar sosial önyarqılar HIV diaqnozu və müalicəsini çətinləşdirir. HIV-ə yoluxmuş şəxslərin diaqnozu qəbul etməsi, psixoloji problemlərin öhdəsindən gəlməsi və müalicəni qəbul edib uyğun bir şəkildə davam etdirməsi və qısaca "HİV ilə həyat"a keçməsi üçün dəstək işləri son dərəcə əhəmiyyətlidir.

Azərbaycanda İİV/QİÇS-lə bağlı fəaliyyət göstərən 39 Könüllü Müayinə və Məsləhət məntəqələrinə müraciət edən hər bir şəxs ekspress-test müayinəsindən keçə bilər. Burada müayinədən əvvəl və müayinədən sonra məsləhətləşmələr aparılır, İİV-infeksiyası və ondan qorunma haqqında məlumat verilir, informasiya materialları və qoruyucu vasitələr paylanır.

Könüllü Müayinə və Məsləhət məntəqələrində İİV-ə müayinə pulsuz, anonim və məxfi qaydada aparıla bilər.

Bu ünvanlarda yerləşən Könüllü Müayinə və Məsləhət məntəqələrində pulsuz və anonim qaydada İİV-lə bağlı müayinədən keçmək olar:

KMM-məntəqəsi

Ünvan

1

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bakı şəhəri, Mir-Qasımov küçəsi, 1/8 ( 1 saylı (semaşko) xəstəxanasının həyətində yerləşir)

2

Bakı İİV-diaqnostika laboratoriyası

Respublika Gigiena və Epidemilogiya Mərkəzi, Azər Manaflı, 22

3

Naxçıvan MR QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzi

Naxçıvan MR, Nizami küçəsi, bina 53

4

Naxçıvan MR Şərur Mərkəzi Rayon Xəstəxanası

Naxçıvan MR, Şərur şəhəri, Seyidov küçəsi, bina 5

5

Sumqayıt İİV-diaqnostika laboratoriyası

Sumqayıt şəhəri, 26-cı məhəllə, Natavan küçəsi, 30

6

Şirvan İİV-diaqnostika laboratoriyası

Şirvan Mərkəzi Şəhər Xəstəxanası, H.Əliyev prospekti, 16

7

Mingəçevir İİV-diaqnostika laboratoriyası

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası, 20 yanvar küçəsi, 12

8

Gəncə İİV-diaqnostika laboratoriyası

3 Saylı poliklinika, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 27

9

Quba İİV-diaqnostika laboratoriyası

Quba Mərkəzi Rayon Xəstəxanası, Fətəlixan küç., 12

10

Yevlax İİV-diaqnostika laboratoriyası

Yevlax Mərkəzi Rayon Xəstəxanası, C.Mustafayev küç., 104

11

Şəki İİV-diaqnostika laboratoriyası

Şəki Mərkəzi Rayon Xəstəxanası, M.Rəsulzadə küç., 164

12

Lənkəran İİV-diaqnostika laboratoriyası

Lənkəran Mərkəzi Rayon Xəstəxanası, Nizami küç., 67

13

Şamaxı İİV-diaqnostika laboratoriyası

Şamaxı Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsi, Qədirli küç., 61

14

Salyan İİV-diaqnostika laboratoriyası

Salyan Mərkəzi Şəhər Xəstəxanası, Kürqaraqaşlı kəndi

15

Respublika Narkolojı Mərkəzi

Bakı şəhəri, Zığ şosesi, 13

16

Şəhər Dəri-Zöhrəvi Dispanseri

Bakı şəhəri, Təbriz Xəlilrza küçəsi, 17

17

Respublika Dəri-Zöhrəvi Dispanseri

Bakı şəhəri, Bül-bül prospektı, 61

18

Şəhər Narkolojı Dispanseri

Bakı şəhəri, Şərifzadə küçəsi, 79

19

Zakatala Mərkəzi Rayon Xəstəxanası

Zakatala rayonu, Vidadi küçəsi, 32

20

Gəncə şəhəri 2 saylı poliklinika

Gəncə şəhəri, Zərdabi küçəsi, 224

21

Cəlilabad Mərkəzi Rayon Xəstəxanası

Cəlilabad rayonu, Mehdi Hüseyn küçəsi, 1

22

Şabran Mərkəzi rayon Xəstəxanası

Şabran rayonu, H.Əliyev prospektı, 97

23

Hacıqabul Mərkəzi Rayon Xəstəxanası

Hacıqabul rayonu, B.M.Litvinçuk küçəsi, 8

24

Qazax Mərkəzi Rayon Xəstəxanası

Qazax rayonu, H.Əliyev prospektı, 172

25

Şəmkir Mərkəzi Rayon Xəstəxanası konsultativ poliklinika şöbəsi

Şəmkir rayonu, Sabir küçəsi, 19

26

Ağstafa Mərkəzi Rayon Xəstəxanası

Ağstafa rayonu, H.Əliyev prospektı, 50

27

Masallı Mərkəzi Rayon Xəstəxanası

Masallı rayonu, Fizuli küçəsi, 100

28

Astara Mərkəzi Rayon Xəstəxanası

Astara rayonu, M.Cavadzadə küçəsi, 1

29

Göyçay Mərkəzi Rayon Xəstəxanası

Göyçay Mərkəzi Rayon Xəstəxanası, M.Rəsulzadə küç.,213

30

Respublika Perinatal Mərkəzi

Bakı şəhəri, Y.Səfərov küçəsi, 12

31

Sumqayıt Narkolojı Mərkəzi

Sumqayıt şəh., Azərbaycan prospektı 3, məhəllə 19

32

4№-li VƏD

Bakı şəh., E.Suleymanov küç., 25/14

33

İmişli Mərkəzi Rayon Xəstəxanası

İmişli rayonu, H.Əliyev küç., 54

34

Sabirabad Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsi

Sabirabad rayonu, 20 yanvar küç., 19

35

Zərdab Mərkəzi Rayon Xəstəxanası

Zərdab rayonu, H.Əliyev prospekti, polisin binasında (müvəqqəti)

36

Goranboy Mərkəzi Rayon Xəstəxanası

Goranboy rayonu, H.Əliyev prospekti, 116

37

Bərdə Mərkəzi Rayon Xəstəxanası

Bərdə rayonu, Y.Hüseynov küç.

38

Ağcabədi Mərkəzi Rayon Xəstəxanası

Ağcabədi rayonu, H.Haciyev küç.

39

Kürdəmir Mərkəzi Rayon Xəstəxanası

 

Respublika QIÇS-lə Mübarizə Mərkəzi

İş qrafiki: 1-5 günlər (9:00-15:00) , 6-cı gün (9:00- 12:00) İstirahət günü: Bazar

Tel.: (012) 510 08 69

Qaynar xətt:

(012)408 79 74 (hər gün saat 9:00-dan 21:00-dək)

 

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısı

  1. Bu Siyahı "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 280 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısını müəyyən edir.
  2. İİV-lə yaşayan şəxslərin səhhətinə mənfi təsir göstərən, immun sistemini zəiflədən peşə və vəzifələr aşağıdakılardır:

2.1. yüksək, yaxud aşağı temperatur və təzyiq altında (isti, soyuq, kesson və yüksəklik şəraitli iş yerləri), vibrasiya, ionlaşdırma, şüalanma və radiasiyalı iş prosesi olan peşə və vəzifələr;

2.2. kimya sənayesi sexlərində (laklar, boyalar, plastmas, dəri istehsalı, neft-qaz-kimya prosesləri, sement, toz istehsalı və s.), kimya-əczaçılıq (dərman preparatları), kimya-biologiya (vaksinlər, zərdablar, bioaktiv tədqiqat və müalicə materialları) müəssisələrində bilavasitə kimyəvi amillərin orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr;

2.3. sənaye, mədən və digər istehsalat sahələrində, mədənçıxarma obyektlərində (kömür, neft, qaz, filiz), sənaye (turşular, reaktivlər, polimerlər istehsalı və s.) müəssisələrində aerozolların və digər maddələrin bilavasitə orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr;

2.4. fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri üzrə) peşə və vəzifələr;

2.5. tibb müəssisələrində invaziv müdaxilələrlə məşğul olan (başqalarını yoluxdurmaq riski yüksək olan) bütün peşə və vəzifələr.

 

HİV(İİV) pozitiv olan şəxsin evlənməsi

HİV(İİV) olan bir şəxs evlənə bilməsində heçbir qanuni qadağa yoxdur. Sadəcə hər iki tərəf bunu bilməlidir ( 2015-ci ildən icbari tibbi müayinə nəticəsində artıq bu tip xəstəliklər bilinməkdədir) Lakin evlənərkən bəzi şərtlərə əməl etmək lazımdır. Evlənərkən cinsi əlaqə zamanı mütləq qorunmaq vacibdir (prezervativ vasitəsilə) Qorunmadığı tədqirdə xəstəlik partnyora keçə bilməkdədir. Hər iki tərəf İİV xəstəsi olarsa bu zamanda qorunmaq vacibdir çünki hər iki insanda bu xəstəlik başqa cür ola bilər və cinsi əlaqə zamanı bu viruslar qovuşa və ağır nəticələrə səbəb ola bilər.

İİV(HİV) pozitiv olmanız həyatın sonu deyildir! Müalicə olduğu tədqirdə yaşamınıza olduğu kimi davam edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR