1 iyun 2020, bazar ertəsi
.
.
chevron_left chevron_right
AZƏRBAYCANLI

Rauf Hacıyev - Azərbaycan SSRİ-də estrada Orkestrinin yaradıcısı və rəhbəri

Rauf Hacıyev - Azərbaycan SSRİ-də estrada Orkestrinin yaradıcısı və rəhbəri

40 Baxış
Rauf Hacıyev - Azərbaycan SSRİ-də estrada Orkestrinin yaradıcısı və rəhbəri

Rauf Hacıyev 15 may 1922, Bakı - 19 sentyabr 1995, Bakı.

Sovet Azərbaycanı bəstəkarı və siyasi xadimi, SSRİ xalq artisti.

18 yaşında ilk əsərini - "Tələbələrin hiylələri" operettasını yazdı.

Azərbaycan SSR Dövlət Estrada Orkestrinin təşkilatçısı və bədii rəhbəri (1955-1964). 1965-1971-ci illərdə - Azərbaycan SSR mədəniyyət naziri.

Rauf Hacıyev Sovet hökumətinin təşəbbüsü ilə Əlcəzairə göndərildi. Orada bütün Afrika qitəsi üzrə sənət məsələlərinə dair baş məsləhətçi idi. Bu dövrdə Parisdə heyranlıqla qarşılanan  üç balet səhnələşdirdi, Əlcəzairdə üç akademiya yaratdı: rəqs akademiyası, musiqi akademiyası və teatr akademiyası. Vətənə qayıtdıqdan sonra Hacıyev Azərbaycan Bəstəkarlar İttifaqının sədri oldu və ömrünün sonuna qədər bu vəzifəni tutdu.

1961-ci ildə Rauf Hacıyevin rəhbərliyi ilə dövlət cazının tərkibində "Qaya" vokal kvarteti çıxış etməyə başladı. Bu, Sovet, Qərb və Azərbaycan musiqisini ifa edən 60-cı illərə damğasını vurmuş ansambl idi. Kvartet böyük uğurla bütün ölkəni gəzdi və dünyanın qırx ölkəsinə səyahət etdi. Moskva kanalında yayımlanan “Qoluboy Oqonyok”-un heç bir buraxılışı “Qaya”nın  iştirakı olmadan keçməzdi.

1966-cı ildə Moskvada Sovet mahnısının ən yaxşı ifaçısı üzrə Birinci Ümumittifaq Yarışması keçirildi və burada  "Qaya" birinci yerə layiq görüldü!

Rauf Hacıyevin Natəvan Şeyxovanın ifasında təqdim olunan mahnısı 1977-ci ildə Moskvada keçirilən "Sovet mahnısının ən yaxşı ifasına görə" Ümumittifaq müsabiqəsində təmsil olunmuşdu.

İndi isə hər zaman olduğu kimi, gözəl musiqini sevənlər üçün əsl musiqi təqdim edirik.

Əsərləri: baletlər- “ Azərbaycan süitası”, "Yallı" (1969)  - xoreoqrafik miniatür,  "Ləzgihəngi" (1969) - xoreoqrafik miniatür,  ""Üç inqilab" (1973),  "Alov" (1976) - Tunis, Mərakeş, Paris, Havanada göstərmişdir, "Uriya (Hürriyət)" (1978)   Simfonik poemalar-  "Şeyx Sənan" (1982),  "Səbuhi" (1983), "Həzi Aslanov" (1984), "Səməd Vurğun" kantatası,  operettalar -  Tələbələrin hiylələri (Bakı, 1940),  "Romeo mənim qonşumdur" (1960) - 1963-cü ildə Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırmışdır,  "Gülüşünü gizlətmə" (1969), "Mənim məhəbbətim – Kuba" (1963),  "Qafqaz əsiri",  "Ana, mən evlənirəm" (1976),  "Yolayrıcında" - Qafqaz xalqlarının milli musiqi folkloruna əsasında,  "Dördüncü fəqərə" - Finlandiyanın satirik yazıçısı Marti Larninin eyni adlı romanı əsasında,  "Ordan-burdan" - Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə; Fortepiano üçün 3 pyes - "Taratella",  "Dağıstan",  "Lezginka".


Tərcüməçi: Fəxri Qocayev


Mənbə: moltes moltes




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Payız meşəsinin mozaikası
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ
Oxşar xəbərlər

X