Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Rəşid Mehdiyev Rövşən oğlu

Rəşid Mehdiyev Rövşən oğlu
Sakura

Doğum tarixi : 26 iyul 1990 Vəfat tarixi: 2 aprel 2016 (25 yaşında)

Rəşid Rövşən oğlu Mehdiyev (d. 26 iyul 1990; Salyan, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Həyatı

Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul günündə Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı olan Rövşən Mehdiyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.

Hərbi xidməti

Baş leytenant Rəşid Mehdiyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Mehdiyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR