Slimfit
  1. İDMAN

Ronaldo rekorda doymur

Ronaldo rekorda doymur
Sakura

Ronaldo rekorda doymur

“Yuventus”un ulduzu Kristiano Ronaldo daha bir ilkə imza ata bilər. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçunun “Verona”ya məğlub olduqları görüşdə (1:2) komandasının yeganə qolunu vurması onun üçün əlamətdar olub.

Ronaldo bu qolla daha bir  rekorda şərik olub. Belə ki, portuqqaliyalı  A Seriyası tarixində ard-arda  10 görüşdə də fərqlənməyi bacaran üçüncü oyunçu olub.  Kristianodan öncə Esio Paskutti və Qabriel Batistuta bu performansı göstərmişdi. Əgər 35 yaşlı ulduz növbəti turda “Breşia”ya qarşı da qol vura bilsə, o zaman 11 matçda ard-arda fərqləməyə bacaran oyunçu kimi İtalya çempionatının tarixinə düşəcək.

Ronaldo 2014-cü ildə “Real Madrid”də çıxış edərkən də bu performansı göstərimişdi. O, La Liqada ardıcıl 11 görüşdə rəqiblərini məyus edə bilmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR