Dərc edildi: Baxış sayı: 583
Rumıniya hökuməti “Uber” və “Taxify” xidmətlərini cərimələyib
Rumıniya hökuməti Uber və Taxify xidmətlərində çalışan sürücülərə qarşı cərimələrin yüksəlməsi ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, qərara əsasən, taksi lisenziyası olmayan sürücülər sərnişinlərin daşınması ilə məşğuldursa 1050 avro məbləğində cərimələnəcək. Yeni cərimələr taksi sürücülərinin bir neçə ay sürən etirazlarından sonra təsdiq edilib.
Rumıniya Baş nazirinin müavini Daniel Suçiu qeyd edib ki, qanun nəqliyyatda qanunsuz daşınmaya qarşı yönəlib. Bu, “Uber” və digər buna oxşar şirkətlərin fəaliyyəti üçün qanuni baza yaradacaqdır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət