Slimfit
  1. CƏMİYYƏT

Saatlıda uşaq bağçasında çalışan vəzifəli şəxs cəzalandırıldı

Saatlıda uşaq bağçasında çalışan vəzifəli şəxs cəzalandırıldı
Sakura

Saatlıda uşaq bağçasında çalışan vəzifəli şəxs cəzalandırıldı

Saatlı şəhər 5 saylı körpələr evi-uşaq bağçasında yaranmış vakant 1,25 ştat vahidini digər tərbiyəçilər və qeyri-ixtisas sahibi olan anasının adına rəsmiləşdirən direktor əvəzi cəzalandırılıb.

Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi (RTİ) məlumat yayıb.

Bildirilib ki, 15 may 2023-cü il tarixdən çalışmanın yaş həddinə çatması ilə əlaqədar tərbiyəçi vəzifəsinə xitam verilməsi nəticəsində beş saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsi vakansiyası yaranıb və qaydalara uyğun olaraq həmin vəzifə müsabiqəyə təqdim edilib.

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sisteminə daxil olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qaydalara əsasən müsabiqədə iştirak etmiş və yüksək nəticə göstərərək uğur qazanmış Sevinc Şakir qızı Cəfərovanın vakant vəzifəyə təyin olunması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən Mil-Muğan RTİ-yə 13 iyul 2023-cü il tarixli məktub daxil olub. Məktubun icra edilməsi ilə bağlı Saatlı şəhər beş saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edən Pərvanə Cabir qızı Cəfərovaya məktubdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
Lakin Pərvanə Cəfərova məktubdan irəli gələn məsələlərin həll edilməsindən imtina edib, yaranmış 1,25 ştat vahidi tərbiyəçi vəzifəsindən 0,25 ştat vahidi körpələr evi-uşaq bağçasında 1,0 ştat vahidi ilə tərbiyəçi vəzifəsində işləyən Nərmin Rəmzi qızı Nəsirovanın, digər qalan 1,0 ştat vahidindən 0,25 ştat vahidi qeyri-ixtisas təhsilli tərbiyəçi vəzifəsində işləyən Kəmalə Bəybala qızı Rüstəmovanın, 0,75 ştat vahidi isə qeyri-ixtisas təhsilli tərbiyəçi vəzifəsində işləyən anası Ramidə Seyidrza qızı Cəfərovanın ştat vahidinə əlavə edilməklə, müddətsiz əmək müqaviləsi bağlayaraq rəsmiləşdirib.

Bununla bağlı Pərvanə Cəfərova Mil-Muğan RTİ-nə dəvət edilib, izahatı alınıb və qanunvericiliyə uyğun olaraq onun barəsində intizam tənbehi tətbiq edilməklə müdir vəzifəsinin həvaləsi ləğv edilib.

Sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən qeyri-dəqiq məlumatların paylaşılması təhsilə inamı azaldır, eyni zamanda hüquqi məsuliyyət yaradır”, - deyə qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR