Slimfit
  1. DÜNYA

Şahzadə Harrinin adı III Çarlzın vəsiyyətindən çıxarılacaq - İDDİA

Şahzadə Harrinin adı III Çarlzın vəsiyyətindən çıxarılacaq - İDDİA
Sakura

Şahzadə Harrinin adı III Çarlzın vəsiyyətindən çıxarılacaq - İDDİA

Kraliça Kamilla və Şahzadə Uilyam Şahzadə Harrini III Çarlzın vəsiyyətindən kənarlaşdırmaq istəyirlər.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, Şahzadə Uilyam saraya çatdıqda Kraliça Kamilla ilə onların aralarında münaqişə yaranıb. Kraliça Kamilla şahzadə Harrini ikiüzlülükdə ittiham edib və onu öz ambisiyaları üçün kral ailəsindən istifadə etməyi dayandırmağa çağırıb.

“Onlar Harrinin titullarından məhrum edilməsini, varislik xəttindən çıxarılmasını və III Çarlzın iki milyard dollarlıq vəsiyyətindən çıxarılmasını istəyirlər. Şahzadə Harri artıq saraydan kənar adama çevrilib. Onlar bunu rəsmi şəkildə etmək istəyirlər”, - deyə məşhur insayder bildirib.

Qeyd edilib ki, Kraliça Kamilla illərlə onu nə ögey anası, nə də yeni kraliça kimi qəbul etməyən Harrinin düşmənçiliyinə dözüb:

“Susseks hersoqu Kamilla Parker Boulz ilə uzun müddət gərgin münasibətdə olub. Şahzadə Harri dəfələrlə ögey anası haqqında mənfi fikirlər səsləndirib. O, III Çarlzın həyat yoldaşının jurnalistlərə kral ailəsinin həyatı haqqında məlumatlar yaydığını bildirib. Bundan əlavə, Şahzadə Harri etiraf edib ki, o və qardaşı Şahzadə Uilyam atalarına Kamilla ilə evlənməmək üçün yalvarıblar”.

Mənbə: marca.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR