Slimfit
  1. İQTİSADİYYAT

Saleh Məmmədov: “Azərbaycanın avtomobil yollarında orta sürət həddi 80 km/saatdır”

Saleh Məmmədov: “Azərbaycanın avtomobil yollarında orta sürət həddi 80 km/saatdır”
Sakura

Saleh Məmmədov: “Azərbaycanın avtomobil yollarında orta sürət həddi 80 km/saatdır”

“SSRİ dövründə Azərbaycanın avtomobil yollarında orta sürət həddi 60 km/saat idi. Hazırda isə bu göstərici 80 km/saatdır”.

Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibliyinin binasında keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Yolların keyfiyyətli olması sürətə də təsir edir. Sürət həddinin 10 km/saat artırılması yol üçün əlavə min tonlarla yük deməkdir. Hazırda Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə, MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir. Əgər əvvəllər Mil-Muğan zonasında yaşayanlar yolun keyfiyyətsizliyinə görə Qəbələyə, Zaqatalaya getmək istəmirdilərsə, bu gün isə onlar həvəslə həmin yerlərə istirahətə gedirlər”, - o bildirib.

“Bu günə qədər Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkmişik. Bu çox böyük əhəmiyyət kəsb edir. Bu il də bunu nəzərə alacağıq”, - S.Məmmədov əlavə edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR