Slimfit
  1. DÜNYA

Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev şokda

Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev şokda
Sakura

Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev şokda

ABŞ Dövlət Departamentinin Konflikt və Təhlükəsizlik Əməliyyatları bürosu rəhbərinin müavini Mina Çanqın avtobioqrafiyasında (CV) saxtakarlığa yer verdiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Mina Çanq saxtakarlığını bir qədər də şişirdərək , “Time” jurnalının üz qabığında fotosunun belə dərc olunduğunu iddia edib.

Jurnal rəhbərliyi isə gənc qadının bu iddiasını təkzib edib.

Araşdırmadan sonra Dövlət Departamentində yüksək vəzifə tutan qadının quruma təqdim etdiyi avtobioqrafiyasının saxta olduğu üzə çıxıb.

O, eyni zamanda rəsmi avtobioqrafiyasında Harvard Universitetinin məzunu olduğunu qeyd edib. Ali məktəb rəhbərliyi isə Çanqın 2016-cı ildə məktəbdə 7 həftəlik kursa qatıldığı, amma diplom ala bilmədiyini açıqlayıb.

Dövlət Departamentinin rəsmi saytında onun Ordu Döyüş Kollecinin də məzunu olduğu qeyd edilsə də, bu da öz təsdiqini tapmayıb.

Vaşinqtonda bomba effekti yaradan Çanqın bu qədər yalanla ABŞ Dövlət Departamentində yüksək vəzifə tutması sosial şəbəkədə kəskin etirazlarla səbəb olub. Məsələ ilə əlaqədar araşdırma başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR