Dərc edildi: Baxış sayı: 287
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində YENİ TƏYİNATLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi dəyişib.
Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki,xidmət rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Nicat Zəfər oğlu Həsənov vəzifəsindən azad olunub.
Rəis vəzifəsi müvəqqəti olaraq polkovnik Hüseyn Quliyevə həvalə edilib.
Həmçinin, işdən azad olunan Nicat Həsənova yeni vəzifə verilib.
M.İbrahimovun müvafiq əmri ilə o, rotasiya qaydası ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət