Slimfit
  1. SİYASƏT

Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir

Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir
Sakura

Səfir: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindədir

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə təkcə milli deyil, həm də regional və qlobal səviyyədə möhkəm bağlılığını əks etdirir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov yerli "Bernama" agentliyinə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan bu gün beynəlxalq ictimaiyyəti iqlim dəyişikliyinin mənfi nəticələri ilə mübarizəyə yönəlmiş gələcəyə aparmağa görə məsuliyyət daşıyır:

“COP29 Azərbaycanda indiyə qədər təşkil edilən ən böyük beynəlxalq tədbir olacaq. Ölkə bu imkanı həm də Azərbaycanın neft və qaz ixrac edən ölkə olmasına baxmayaraq, “yaşıl keçid” üçün müxtəlif təşəbbüslər irəli sürən Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində əldə edib”.

İ.Davudov həmçinin Azərbaycan hökumətinin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini, buna misal olaraq, ölkənin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsini qeyd edib:

“Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz azaltmağı öhdəsinə götürüb və 2050-ci ilə qədər bu rəqəmi 40 faizə çatdırmağı planlaşdırır. Bundan əlavə, Azərbaycan 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyub”.

Diplomat vurğulayıb ki, maliyyələşdirmə Bakıda keçiriləcək COP29-un əsas mövzularından biri olacaq.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin mənfi təsirlərini yumşaltmaq, uyğunlaşma, itki və zərərin kompensasiyası üçün maliyyə resurslarının səfərbər edilməsi vacibdir:

“Biz qlobal istiləşmənin qarşısını almaq, səyləri inkişaf etdirmək üçün beynəlxalq ictimaiyyəti birləşdirmək niyyətindəyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR