Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid anası: “Övladlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımıza qovuşduq”

Şəhid anası: “Övladlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımıza qovuşduq”
Sakura

Şəhid anası: “Övladlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımıza qovuşduq”

Şəhid anası: “Övladlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımıza qovuşduq”

“Fəxr edirəm ki, biz övladlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımıza qovuşduq. 31 il idi Vətən həsrəti ilə yaşayırdıq. Övladım və digər qəhrəman oğullarımız öz canından keçdi və bizləri Vətən həsrətindən xilas etdi”.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri Füzuli şəhərinə qayıdan şəhid Ülvi Mikayılovun anası Günel Abbasova AZƏRTAC-a müsahibəsində bildirib:

“Bizim qədər övladlarımızın da ən böyük arzusu bu torpaqlara qovuşmaq idi. İndi arzularımız gerçək olub, doğma yurdumuzdayıq. Ülvi hər zaman deyirdi ki, biz o torpaqlara qayıdacağıq, elə ilk qayıdan da onlar oldu. Vətən həsrətinə öz canları bahasına son qoydular. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü sayəsində bizlər yenidən doğma yurdumuza qovuşduq. İndi Füzuli torpaqları bizlər üçün həm də ziyarətgah yeri oldu. Ona görə ki, bu torpaqlar uğrunda övladlarımız ən uca məqama şəhidlik zirvəsinə ucalıb. Tarix yazan qəhrəmanlar olaraq onlar əbədi qəlblərdə yaşayacaq və hər zaman tarix kitablarında xilaskarımız olaraq qalacaqlar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR