Slimfit
  1. CƏMİYYƏT

Şəhid atası: “Oğlum Mübarizin ölümündən bəri döyüşü gözləyirdi” - VİDEO

Şəhid atası: “Oğlum Mübarizin ölümündən bəri döyüşü gözləyirdi” - VİDEO
Sakura

Şəhid atası: “Oğlum Mübarizin ölümündən bəri döyüşü gözləyirdi” - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Teymur Rəsulov haqqında reportaj efirə gedib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 21-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Şəhidin atası Yavuz Rəsulov oğlu ilə bağlı xatirələrini bölüşərkən bildirib ki, Teymur Milli Qəhrəman Mübariz İbrahimovun ölümündən sonra hərbidə qalmaq istəyib:

“Oğlum Polad Həşimovun şəhid olduğu axşam dedi ki, səhər gedib könüllü yazılacağam. 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Hərbi Komissarlığa getdi. Sentyabrın 29-u otuz nəfər könüllünü geri qaytardılar, Teymur da onların içində idi. İki gün getdi-gəldi, geri qaytarıldı. Üçüncü gün dedi ki, mən artıq gedirəm. Yola saldıq, getdi”.

Yavuz Rəsulov oğlunun şəhid olmamışdan əvvəl yuxusunda onunla sağollaşdığını bildirib:

“Oktyabrın 19-u axşam idi. Divanda məni yuxu tutmuşdu. Bir də gördüm, gəldi. Əlini uzadıb dedi ki, müəllim, hələlik, sağ ol. Mənə həmişə müəllim deyirdi. Səhər tezdən qohumum zəng edib dedi ki, Teymur yaralanıb. Mən artıq bildim ki, o şəhid olub. Əgər yaralı olsaydı, bizimlə əlaqə saxlayıb danışardı”. Şəhidin bacısı Şəhla Nəbiyeva qardaşının illərdir müharibəyə hazırlaşdığını deyib: “Teymur şəhid olandan sonra onun öz yazılarından ibarət “Qürub vaxtı” kitabı dərc olundu. Kitab üzərində yoldaşım işləyirdi. Dedi ki, o, illərdir müharibəyə hazırlaşır. Hətta onun “İnsan 32 il yaşayır” adlı yazısı var. Elə bil ki, özü üçün hesablayıb. Teymurun nə qədər dahi insan olduğunu şəhadətindən sonra bildim. Ona görə də, özümü bağışlaya bilmirəm, bir evin içində yaşamışıq, amma onu tanıya bilməmişəm”.

Ətraflı süjetdə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR