Slimfit
  1. BİOQRAFİYA

Səid Səlmasi

Səid Səlmasi
Sakura

Səid Səlmasi - Şair

Səid Məşədi Xəlil oğlu Haqverdiyev Cənubi Azərbaycanda yetişmiş tərəqqipərəst şairlərdəndir. Dilməqan şəhərində doğulmuşdur. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa ölkələrinə səyahətdə keçirmişdir.Osmanlı şəhərlərinə də səfərləri olmuşdur. Farsca, fransızca yaxşı savadı var imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə məfkurəvi inkişafına çox böyük təsir etmişdir. Bir müddət Bakıda yaşamışdır.Vətəninə qayıtdıqdan sonra tərəqqi və mədəniyyət yolunda var qüvvəsi ilə çalışmış, öz xərci ilə Səlmasda məktəb açmış, "Şəfəq" adlı qəzet nəşr etdirmişdir. 1905-ci il inqilabı nəticəsində Cənubi Azərbaycanda əmələ gələn azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Bakıda "Füyuzat" jurnalında yeni ruhda şeirlər çap etdirmişdir. Azərbaycan dilində ilk dəfə sonet yazan şairdir.1909-cu ildə Xoy şəhərinə mətbəə apararaq, orada yeni kitabların nəşrilə məşğul olmuşdur. Həmin il fevralın 24-də irticaçılar tərəfindən öldürülmüşdür.

"Ləyaliyi-iztirar", "Xiyali-mənfur" sonetlərində cəhalətdən, qəflətdən, zülmdən şikayət edən bir gəncin həsrətləri bədii təcəssümünü tapmışdır. Səid Səlmasi mütləqiyyəti, şərq cəhalətini tənqiddən başqa şeirlərinin bir qismində gələcəyə, azadlığa ümidini ifadə edir.

Məşrutə zamanında İran məclisinə seçilmiş nümayəndələr bu münasibətlə Təbrizdən Tehrana gedirkən, şair Azərbaycan məhbusları ilə, o cümlədən Əbdürrəhim Talıbov ilə görüşmüşdür. Bu hadisəni o şeirlərində sevinclə qələmə almışdır. O, ümid edir ki, hürriyyətpərəstlər istibdadın kökünü kəsmək, "zülm ağacını yıxmaq üçün" nə lazımsa edəcəklər:

Şad olur dil görüncə millətimin,
Bir byük mərifətli əhrarın.
Qət edirlər qələmlə rişəsini,
Şəcəri-zülm olan məlainin...

S.Səlmasi bir sıra publisistik məqalələr də dərc etdirmişdir.

Haqqında ədəbiyyat. Bax: Əməkdar elm xadimi,prof. Hüseyn Həşimli. Səid Səlmasi. Bakı: Elm və təhsil, 2013, 228 səh.Həmin kitabda S. Səlmasinin şeir və məqalələrindən seçmələr, həmçinin müasirlərinin ona həsr etdiyi məqalə və şeirlər də çap olunmuşdur.

 

Şeirləri

Xəyali-məfur
Təhəssür
Amali-vətən
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR