Slimfit
  1. ƏDƏBİYYAT

Səməd Vurğun - Cavanlara xitab

Səməd Vurğun - Cavanlara xitab
Sakura

Səməd Vurğun - Cavanlara xitab şeri

Mənim düşkün könlüm sizdən eləyir
Bu fərz olan təmənnanı, cavanlar.
Unutmayın bəşər sizdən diləyır,
Elm, ədəb, həm irfani, cavanlar.


Bəşər gülşəninin bülbülüsünüz,
Şanlı firqəmizin sağ əlisiniz,
Zalım əllilərin cəlladısınız,
Dəvasızların dərmanı, cavanlar.


Carəsız dərdlərə çarə etməyə,
Quşu vurub həm imdada yetməyə,
Həyatı ağ, nə kı qarə etməyə
Sərf ediniz hər zamanı, cavanlar.


Yaşayarsa bəşər, yaşar sizinlə,
Soğulmuş çeşmələr axar sizinlə,
Zalımlar geridən baxar, sizinlə
İnqilabın qəhrəmanı, cavanlar.


Çünki tələb edir zavallı bəşər,
Gərək keçə sizdən ona bir əsər.
Yoxsa qan ağlayar yenə sərbəsər,
Olmaz da dərdinə çarə, cavanlar.


İstəsəniz, ölkəmiz, abad olar,
Ellərin məhbusları azad olar,
Onda da Vurğunun könlü şad olar,
Verər sizə can qurbanı, cavanlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR