Slimfit
  1. DÜNYA

Sensasiya: “İmamoğlu ilə ermənilər arasında gizli anlaşma...” – Təxribat

Sensasiya: “İmamoğlu ilə ermənilər arasında gizli anlaşma...” – Təxribat
Sakura

Sensasiya: “İmamoğlu ilə ermənilər arasında gizli anlaşma...” – Təxribat

“Bu, növbtəti erməni təxribatından başqa bir şey deyil. Çünki ermənilər bu günədək dünyaya sübut edə bilməyiblər ki, türklər vəhşidir. İndi də bu məqsədlə koronavirusdan istifadə edib Türkiyəni təxribata çəkməyə çalışırlar. Məqsədləri də odur ki, Türkiyə bu yardımdan imtina edib dünyanın nəzərində vəhşi bir imic qazansın”.

Ermənistanın Türkiyəyə tibbi yardımı edilməsi ilə bağlı müraciəti haqda Teleqraf.com-a danışan politoloq Cümşüd Nuriyev belə deyib.

Ekspert hesab edir ki, növbəti dəfə təxribata əl atan ermənilər bundan Türkiyə ilə yanaşı, Azərbaycana qarşı da istifadə edə bilərlər:

“Ermənilər bilirlər ki, bizim millət – türklər qeyrətli, mərd bir xalqdır. Türklər də bu yardımdan imtina etsə, dünyaya car çəkəcəklər ki, onlar bu vəziyyətdə də bizimlə düşmənçilik edirlər, biz əl açdıq, amma ağır vaxtımızda bizə kömək etmədilər. Hesab edirəm ki, bu, sırf siyasi məsələdir.

Türkiyənin mövqeyi doğrudur, Ermənistana kömək etmək lazımdır. Çünki erməni xalqı ayrı anlayışdır, Ermənistan ayrı. Hətta onların ağılları olsa, Dağlıq Qarabağda yaşayan ermənilər kömək üçün Azərbaycana müraciət etməlidir. Çünki Dağlıq Qarabağda da koronavirus çox sürətlə yayılır. Azərbaycan da bu sahədə çox uğurlu bir siyasət yürüdür. Yəni Ermənistan erməniləri utanmasalar, kömək üçün Azərbaycana da müraciət edirlər. Bir sözlə, bu təxribat Azərbaycana qarşı da yönələ bilər”.

Cümşüd Nuriyev qeyd edib ki, ermənilər Çindən Ermənistana yardım ediləndə də Türkiyəyə qarşı təxribata əl atdılar:

“Çindən göndərilən yardım qutularının üzərində Türkiyəyə qarşı Ağrı dağına olan iddialarını dilə gətirdilər. Çin dilində yazılan yazıda elə bir şey yox idi, amma onlar bunu ingilis dilinə çevirərək, başqa bir məna geyindirdilər. Mövcud durumda da, onlar öz əqrəbliyindən əl çəkmirlər. Erməni fürsətindən qalmır, zaman-zaman bu özünü göstərir. Amma mənə elə gəlir ki, Türkiyə bu siyasəti uğurla həyata keçirəcək”.

Politoloq İstanbul şəhərənin bələdiyyə sədri Əkrəm İmamoğlunun ermənilri Pasxa bayramı münasibətilə təbrik etməsinə də münasibət bildirib:

“İmamoğlunun erməni sevdasının haradan qaynaqlandığını bilmirəm. Mən ona sosial şəbəkədə müraciət yazdım. Ona bildirdim ki, birdən-birə niyə İmamoğlunun erməni sevdası qara sevdaya çevrildi? Ona yazmışam, amma oxuyub-oxumayacağını deyə bilmərəm. Bütün hallarda bu, xoşagələn bir şey deyil. Çünki bu dini bir bayramdır, o da siyasi bir fiqurdur. Bu səbəbdən də, İmamoğlu Türkiyədə yaşayan xristian yunanları, rusları və digər millətlərin nümayəndələrini də təbrik etməli idi.

Bu, təkcə Qriqoryan ermənilərin yox, həm də katolik və pravoslavların bayramıdır. Buna görə də ya İmamoğlu ermənilərin caynağına keçib, ya ermənilər bir yolunu tapıb ona çıxmağı bacarıblar və bunu ondan xahiş ediblər, ya da pul ödəyiblər. Əks halda, siyasi bir fiqurun belə bir səhvə yol verəcəyi inandırıcı deyil. Bunun düşünülmüş bir siyasət olduğunu düşünürəm. Çünki ermənilər bu gün də Türkiyəyə qarşı iddialarından əl çəkməyiblər, 105 ildir bu iddialar ortadadır. Belə çıxır ki, İmamoğlu buna bilərəkdən gedib. Amma bu səhv ona bağışlanmayacaq. Bu, onun gələcək siyasi karyerasının üstündən xətt çəkdi”.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR