Slimfit
  1. DÜNYA

SEPAH komandanı Rəisinin helikopterinin qəzaya uğradığı yerə getdi

SEPAH komandanı Rəisinin helikopterinin qəzaya uğradığı yerə getdi
Sakura

SEPAH komandanı Rəisinin helikopterinin qəzaya uğradığı yerə getdi

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-leytenant Hüseyn Səlami İslam Respublikası prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi əraziyə yollanıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, Səlamidən əlavə SEPAH-ın bir neçə yüksək rütbəli zabiti də qəza yerinə gedib. Onların axtarış prosesini sürətləndirmək üçün yerindəcə əmr verəcəkləri qeyd edilir.

Xatırladaq ki, bundan öncə SEPAH-ın İranın Şərqi Azərbaycan əyalətindəki komandanı general Əsgər Abbas Qalizadə İran liderinin olduğu helikopterin qəzaya uğramasının dəqiq yerinin müəyyən edildiyinə aydınlıq gətirib. O, axtarış-xilasetmə əməliyyatında iştirak edən hər kəsin çətin eniş sahəsinə getdiyini və “insanlara xoş xəbər çatdıracağına” ümid etdiyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR