Slimfit
  1. DÜNYA

Serbiyada koronavirusa qarşı tədbirlərə etiraz: Paytaxt əhalisi ayağa qalxdı

Serbiyada koronavirusa qarşı tədbirlərə etiraz: Paytaxt əhalisi ayağa qalxdı
Sakura

Serbiyada koronavirusa qarşı tədbirlərə etiraz: Paytaxt əhalisi ayağa qalxdı

Serbiyanın paytaxtı Belqrad şəhərinin mərkəzində kütləvi iğtişaşlar baş verib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Şəhər sakinləri Serbiya Prezidenti Aleksandr Vuçiçin hakimiyyətin koronavirusa qarşı yeni məhdudiyyətlər tədbiq etmək niyyətini açıqlamasından sonra küçələrə çıxıblar.

Nümayişçilərin bir qismi ilə polis arasında münaqişə baş verib, bəziləri isə hətta Serbiya parlamenti binasının zalına qədər daxil ola bilib. Qərara etiraz edən vətəndaşlar üç polis maşını və bir neçə zibil qutusunu da yandırıblar. Cavab olaraq Serbiya polisi gözyaşardıcı qazdan istifadə edib.

Serbiya DİN-in məlumatına görə, parlament binası yaxınlığına 5 000 etirazçı gəlib. Parlament binasına daxil olmağı bacaranlar isə artıq saxlanılıblar.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR