Slimfit
  1. CƏMİYYƏT

Sərnişin avtobusunun yağışlı yolda sürəti...

Sərnişin avtobusunun yağışlı yolda sürəti...
Sakura

Sərnişin avtobusunun yağışlı yolda sürəti...

Bakı Beynəlxalq Avtovağzalından Gəncə şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusunun yağışlı yolda seçdiyi sürət həddi hər kəsi narahat edib.

Axar.az-a video göndərən şahidlər bildirib ki, 99 XX 858 dövlət nömrə nişanlı sərnişin avtobusu yolda 130-140 km/saat sürətlə hərəkət edib. Şahidlərin sözlərinə görə, Bakı-Gəncə avtobusu sərnişinlə dolu olub.

Yağmurlu havada avtobus sürücüsünün belə sürət seçməsi və sərnişinlərin həyatını təhlükəyə atması narazılıq yaradıb.

Mövzunu saytımıza şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, olduqca təhlükəli hərəkətdir. Ekspertin sözlərinə görə, sərnişin dolu avtobusun yüksək sürətlə hərəkəti yolverilməzdir:

“Yol hərəkəti haqqında” qanuna görə, yük avtomobilləri və sərnişin avtobusları maksimum 90 km/saatla hərəkət edə bilər. Şəhəriçi həmin avtomobillərin sürəti 60 km/saatdır, yaşayış məntəqələrindən kənar isə 90 km/saat. Bu videodakı avtobus sürücüsü sürət həddini artıq iki dəfəyə qədər pozub. Yağışlı havalarda isə xüsusilə olaraq sürücülərə məsləhət görülür ki, aşağı sürətlə hərəkət etsinlər. Sərnişindaşıma ilə məşğul olanlar buna xüsusilə riayət etməlidir.

Təəssüflər olsun ki, belə sürücülər həmin yollardan o qədər istifadə edirlər ki, artıq radar və kameraların harada yerləşdiyini bilir və ora yaxınlaşanda sürəti aşağı salırlar. Ona görə də radara yaxalanmırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR