Slimfit
  1. CƏMİYYƏT

Siyəzəndə qadın himayəsinə götürdüyü pişikləri yandırıb? - RƏSMİ AÇIQLAMA

Siyəzəndə qadın himayəsinə götürdüyü pişikləri yandırıb? - RƏSMİ AÇIQLAMA
Sakura

Siyəzəndə qadın himayəsinə götürdüyü pişikləri yandırıb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Siyəzən rayonunda Aynur adlı qadının pişikləri toplayaraq öz yaşadığı evdə məhvə məhkum etməsi, onları yandırması və işgəncə verməsinə dair iddia edilən görüntülər yayılıb.

Ens.az-ın məlumatına əsasən,məsələ ilə bağlı Trend-ə açıqlamasında DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov bildirib ki, yayılan görüntülərlə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Hazırda RPŞ-nin təhqiqat qrupunda zəruri araşdırmalar aparılır. Yekunda məsələyə hüquqi qiymət veriləcək", - deyə o, qeyd edib.

Qeyd edək ki, Siyəzən rayonunda Aynur adlı qadının yüzlərlə pişiyi evinin zirzəmisində saxlamasına dair iddialar irəli sürülüb. İddialara görə, qadın himayəsinə götürərək saxladığı pişiklərə işgəncələr verib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR