Slimfit
  1. DÜNYA

Şövkət Mirziyayev Makronla görüşdü

Şövkət Mirziyayev Makronla görüşdü
Sakura

Şövkət Mirziyayev Makronla görüşdü

Özbəkistanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Prezidenti Şövkət Mirziyayevlə görüşüb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

“Görüşün əvvəlində dövlət başçısı son 30 illik qarşılıqlı fəaliyyət dövründə Fransa prezidentinin Özbəkistana ilk səfərinin tarixi əhəmiyyətini xüsusi qeyd edib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, görüş zamanı prezidentlər Özbəkistan-Fransa əməkdaşlığının inkişafı məsələlərini müzakirə ediblər, əlaqələrin bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulayıblar və ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq barədə razılığa gəliblər:

“Daşkənd şəhərində Özbək-Fransız Universitetinin yaradılmasının sürətləndirilməsi və fransız dili müəllimlərinin hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub”.

Qeyd edək ki, Emmanuel Makron bundan öncə Qazaxıstanda səfərdə olmuşdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR