Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şulan Bayramov Bayram oğlu

Şulan Bayramov Bayram oğlu
Sakura

Doğum tarixi : 28 iyul 1996 Vəfat tarixi: 2 aprel 2016 (19 yaşında)

Şulan Bayram oğlu Bayramov (d. 28 iyul 1996; Sumqayıt, Azərbaycan - ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Şulan Bayramov 1996-cı ilin 28 iyul günündə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil oldu.

Hərbi xidməti

Əsgər Şulan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 7-i isə Şulan Bayramov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Bayramov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Şulan Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR