Slimfit
  1. SİYASƏT

“Sülhün əldə olunması Azərbaycanın Avrasiya məkanının logistika mərkəzi olaraq formalaşmasını sürətləndirəcək”

“Sülhün əldə olunması Azərbaycanın Avrasiya məkanının logistika mərkəzi olaraq formalaşmasını sürətləndirəcək”
Sakura

“Sülhün əldə olunması Azərbaycanın Avrasiya məkanının logistika mərkəzi olaraq formalaşmasını sürətləndirəcək”

“Sülhün əldə olunması Azərbaycanın Avrasiya məkanının logistika mərkəzi olaraq formalaşmasını sürətləndirəcək”

“21 iyul 2023-cü il tarixində, Azərbaycan mətbuatının 148-ci ildönümü ərəfəsində dünya mediasının diqqət mərkəzində olan aktual hadisələrdən biri Azərbaycanın mətbuat tarixi, eləcə də Azərbaycan həqiqətlərinin bir daha geniş işıqlanması üçün mədəniyyət paytaxtımız, Qarabağın tacı olan Şuşa şəhərində dünya mətbuatının yeni qlobal transformasiyaya hazırlığı ilə bağlı keçirilən tədbirdə Prezident İlham Əliyevin iştirakı idi.

Azərbaycan Prezidenti bu tədbirdə iştirak etməklə, bir tərəfdən, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunun mahiyyətini və dayanıqlı olmasını, o cümlədən milli jurnalistikamızın, müasir mətbuatın bütün istiqamətlərinin sağlamlaşmasını, habelə beynəlxalq jurnalistlər platforması vasitəsilə Azərbaycanın geosiyasi reallıqlarını, artıq regionun lokomotivinə çevrilməsini, dünya siyasətinin yenidən formalaşan arxitekturasının möhkəmlənməsində əsas ölkələrdən olmasını bütün dünyaya bəyan etdi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

“Prezidentin çıxışı zamanı giriş nitqində “Mən çox şadam ki, sizi bu gün burada görürəm, çox sağ olun bizim dəvətimizi qəbul etmisiniz və Şuşa Qlobal Media Forumunda iştirak edirsiniz. Bu toplantılar o cümlədən ona görə əhəmiyyətlidir ki, burada toplaşan beynəlxalq media nümayəndələri hər şeyi öz gözləri ilə görəcəklər və görürlər, Azərbaycan həqiqətlərini öz ölkələrinə, öz ölkələrinin nümayəndələrinə, ictimaiyyətinə çatdıracaqlar” sözləri, demək olar ki, tədbirin əsas məqsədlərindən birini ortaya qoydu.

Ölkə başçısı üç saata yaxın davam edən görüşündə ən həssas məsələlərə toxunaraq bu gün regionda sülhün dayanıqlılığını təmin etmək üçün Azərbaycanın İkinci Qarabağ - Vətən müharibəsindən sonra dünya ictimaiyyətinə nümayiş etdirdiyi bütün cəhdlərini, apardığı siyasətini verilmiş sualların əsasında tam olaraq aydın şəkildə şərh etdi.

Zənnimcə, səsləndirilmiş fikirlərin daha önəmlisi beynəlxalq güc mərkəzlərinin, xüsusilə də postmüharibə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqlarda inkişaf etmiş dövlətlərin münasibəti və Azərbaycanın həyata keçirdiyi qonşuluq siyasəti, eləcə də ikitərəfli, çoxtərəfli münasibətlər idi”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdə bəzən kollegial qərarların işləmədiyi üçün əsaslı olaraq güc amilini qabardaraq Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrini təkbaşına icra etdiyini, eyni zamanda, bugünkü reallıqda hər kəsin, xüsusilə beynəlxalq təşkilatların Azərbaycanın ədalətli yanaşmalarını və həyata keçirdiyi siyasəti dəstəkləmələrini vurğulaması bir daha ölkəmizin dünyada artmaqda olan nüfuzunun bariz göstəricisidir.

Həmçinin, Prezident Azərbaycanın bu gün Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün hal-hazırda vasitəçilərin səylərinə hörmətlə yanaşdığını və işçi qaydada həm Moskvada, həm də Vaşinqtonda və Brüsseldə bu fəaliyyətin davam etdirildiyini qeyd edərək böyük sülh sazişinin imzalanmasının məhz Azərbaycanın dövlət maraqları ilə yanaşı olaraq, beynəlxalq hüquq və normalara əsaslandığını zəruri amil kimi şərtləndirdi.

M.Əfəndiyev onu da əlavə edib ki, bölgədə dayanıqlı sülhün əldə olunması, eyni zamanda, bütün regionda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin, o cümlədən Azərbaycanın Avrasiya məkanının logistika mərkəzi olaraq formalaşmasını sürətləndirəcək.

“Çıxışı zamanı dövlət başçısı digər bir məqama da toxunaraq Azərbaycanın Qoşulmama Hərəkatının rəhbəri olaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və etimada əsaslanmış xarici siyasət həyata keçirdiyini diqqətə çatdırdı, hətta Afrika ölkələri ilə humanitar-siyasi sahədə müsbət, inkişafa köklənmiş nəticələrin olduğunu bildirdi. Azərbaycanla bu günə qədər daha yaxından əməkdaşlıq edən, dostluq və qardaşlıq prinsiplərinə riayət edən dövlətlərlə də, xüsusilə Türkiyə Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsinin prioritet olduğu vurğulandı.

Səsləndirilən məsələlərin fonunda Prezident İlham Əliyevin qeyd etdiyi fikirlərdən biri də növbəti dəfə, səbirlə Xankəndi xuntasına verdiyi mesaj oldu: “Biz indiyədək Xankəndidə və ətrafında yaşayan cəmiyyətin sağlam düşüncəli hissəsinin Azərbaycana belə məhəl qoyulmamasının bütün perspektivsizliyini başa düşəcəyinə və sağlam düşüncənin üstünlük təşkil edəcəyinə inamımızı itirməmişik. Əks halda, düşünürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilərlər”.

Beləliklə, Azərbaycan multikultural dəyərlərə əsaslanan, tolerant dövlət olduğunu artıq bütün dünya ictimaiyyətinin diqqətinə dəfələrlə çatdırıb. Bu, Azərbaycanda keçirilmiş çoxsahəli tədbirlər vasitəsilə nümayiş etdirilib və bu gün Azərbaycanda yaşayan bütün xalqlar, etnik azlıqlar dinindən, irqindən, millətindən asılı olmayaraq Azərbaycan Konstitusiyası və qanunları əsasında azad və sərbəst yaşamaq hüququna malikdirlər. Xankəndi və ətraf ərazilərdə məskunlaşmış, Rusiya sülhməramlıları tərəfindən himayə olunan ermənilər də Azərbaycan ərazisində Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ölkəmizdə yaşaya bilərlər”, - deyə M.Əfəndiyev vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR