Slimfit
  1. MEDİA

Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi.

Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi.
Sakura

Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi.

Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi.

Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı və universitetin elm-tədris fəaliyyəti üzrə inkişafından danışdı.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev “Milli H-index reytinqində SDU-nun yeri və qarşıda duran vəzifələr barədə” təqdimatla çıxış etdi. Qeyd etdi ki, Milli H-index Ranking universitetlərin, elmi təşkilatların və elmi tədqiqat müəssisələrinin vahid və şəffaf reytinqi üçün yaradılmış beynəlxalq, qeyri-kommersiya təşkilatıdır. Əsas metrik (ölçü) Hirş indeksidir ki, bu da elmi tədqiqatlar sahəsində tanınmış, populyar və sabit metrikdir. Layihə üzərində ABŞ, Böyük Britaniya, Azərbaycan, Hollandiya və Türkiyədən bir qrup alim çalışır. 2023-cü ilin reytinq göstəricilərini araşdırarkən məlum olur ki, SDU Google Scholar H indeksinə görə “Yüksək elmi potensiallı müəssisələr” kateqoriyasına düşən müəssisələrdən qat-qat yüksəkdədir. Sistemin təqdim etdiyi sertifikatda da 83 müəssisə arasında yalnız Google Scholar-a nəzərən 32-ci yerdə Milli Hirsh indeksə görə isə 52-ci yerdəyik. Bundan əlavə Reytinq ölkə üzrə Top 1000 alim üzrə də nəticələr dərc edib. SDU 11 alimlə 1000-likdə təmsil olunur.

Aparılan müzakirələrdən sonra Milli H-index reytinqində SDU-nun yeri və qarşıda duran vəzifələr barədə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayevin məlumatı nəzərə alındı. Scopus və WoS (Web of Science) elmi istinad databazalarında SDU-nun alim və tədqiqatçılarının o cümlədən, universitetin profilinin yaradılması və işçi qrupunun təşkili  İnnovasiyalar üzrə prorektor Ramazan Məmmədova tapşırıldı. Həmçinin doktorantların da elmi istinad databazalarında profillərinin yaradılması barədə təlimat xarakterli tədbirlərin həyata keçirilməsi Sədaqət Fətullayevaya və Magistratura və doktorantura şöbəsinin müdiri Sabir Xəlilova tapşırıldı.

Tədris metodiki mərkəzin direktoru Faiq Şirinov Sumqayıt Dövlət Universiteti üzrə 2023/2024-cü tədris ili üçün təsdiq olunmuş tələbə qəbulu planı barədə geniş məruzə etdi. Bildirdi ki, universitet üzrə 2023/2024-cü tədris ili üçün layihələndirilmiş tələbə qəbulu planı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. 2023/2024-cü tədris ili üçün 47 ixtisas üzrə 1540 tələbə qəbulu planlaşdırılıb, bundan 1280 yer əyani təhsil forması üçün, 260 yer isə qiyabi təhsil forması üçün nəzərdə tutulur. Eyni zamanda bu qəbul planında daha üç ixtisasda (Korreksiyaedici təlim, Riyaziyyat və Ekologiya mühəndisliyi) hər birində 10 yer olmaqla qiyabi təhsil və bir yeni ixtisas (Mühəndis fizikası) nəzərdə tutulur.

Sonra Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov çıxış edərək bildirdi ki, magistratura səviyyəsi üzrə 2023/2024-cü tədris ili üçün proqnoz yerlərinin layihəsi 2022/2023-cü tədris ilində magistratura səviyyəsinə tələbə qəbulunun nəticələri analiz edilərək fakültələrdən daxil olan təkliflər əsasında hazırlanmışdır. Hazırlanmış proqnoz yerlərinin layihəsi təsdiq edilməsi üçün Elm və Təhsil Nazirliyinə göndərilmiş və təsdiq olunaraq tələbə qəbulu planı universitetə daxil olmuşdur. Dosent Sabir Xəlilov onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində 2022-ci ildə 61 ixtisaslaşma üzrə 138 nəfər plan yerinə qarşı 124 (89,9%) nəfər qəbul olunmuşdur. 2023-cü il üçün 62 ixtisaslaşma üzrə 136 nəfər, o cümlədən 4 yeni ixtisaslaşmaya 8 nəfər proqnozlaşdırılmışdır. Plan yeri boş qalmış 4 ixtisaslaşmaya bu il qəbul verilməmişdir. Beləliklə, universitet üçün 2023-cü ildə 62 ixtisaslaşma üzrə 136 nəfər qəbul planı təsdiqlənmişdir.

Sumqayıt Dövlət Universiteti üzrə 2023/2024-cü tədris ili üçün təsdiq olunmuş tələbə qəbulu planı barədə Tədris metodiki mərkəzin müdiri Faiq Şirinovun və Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilovun məlumatları geniş müzakirə olundu. Qərara alındı ki, 2023/2024-cü tədris ili üçün təsdiq olunmuş plan yerlərinə uyğun olaraq I kurslar üzrə dərs yükü bölgüsünün hazırlanması və zərurət yaranarsa müəyyən korreksiyaların aparılması Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbova tapşırılsın.Yeni alınmış ixtisaslar üzrə tədris planlarının hazırlanması fakültə dekanlarına və tədris metodiki mərkəzin müdiri Faiq Şirinova tapşırıldı.

Növbəti tədris ili üçün tələbə qəbulu planının formalaşdırılmasında əmək bazarının və müvafiq ixtisas kafedralarının mütəxəssis hazırlığını təmin edəcək potensialın nəzərə alınması fakültə dekanlarına tapşırıldı.

Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR