Slimfit
  1. CƏMİYYƏT

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadının ittiham olunduğu maddə yüngülləşdirilib

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadının ittiham olunduğu maddə yüngülləşdirilib
Sakura

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadının ittiham olunduğu maddə yüngülləşdirilib

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində-fizioloji affekt vəziyyətində olub, öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb.

Bundan sonra prokurorluq tərəfindən Ə. Məmmədovanın əməli Cinayət Məcəlləsinin 122.1-ci maddəsinə tövsif edilib və barəsində ittiham aktı tərtib edilərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi olan bacısı işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmasını istəyib. Bildirilib ki, ibtidai istintaq tərəfindən təqsirləndirilən şəxsə natamam və anlaşılmaz ittiham irəli sürülüb, tərtib edilmiş ittiham aktı Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd olub.

Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair vəsatət verib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Proses aprelin 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Corat qəsəbəsində qeydə alınıb. İmanov Ağahüseyn Hüseynağa oğlunun həyat yoldaşı 34 yaşlı Məmmədova Əfsanə İlham qızı tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub. Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR