Slimfit
  1. CƏMİYYƏT

Süni qida məhsullarının istehsalı, satışı və idxalına - İzah

Süni qida məhsullarının istehsalı, satışı və idxalına - İzah
Sakura

Süni qida məhsullarının istehsalı, satışı və idxalına - İzah

Nazirlər Kabineti körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərarın izahını verib.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu qərar bir neçə qanuna mühüm dəyişiklikləri nəzərdə tutur. Məsələn, qərarda nəzərdə tutulmuş “Körpələrin və erkən yaşlı uşaqların qidalanması və “Yeyinti məhsulları haqqında” qanununlarda edilmiş dəyişikliklər Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartlarını müəyyənləşdirdiyi üçün həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu qərar Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirir.

Belə ki, bu qərarla müəyyənləşdirilmiş standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilir.

Bu qərarla müəyyənləşdirilən Sağlamlıq sertifikatı olmadan körpələr üçün nəzərdə tutulmuş süni qidalar həmçinin reklam oluna bilməz. Bu qərara əsasən Sağlamlıq sertifikatına süni qidanı istehsal və idxal edən şirkətin haqqında bütün zəruri məlumatlar daxil edilməlidir.

Bu qərar imkan verir ki, körpələr üçün nəzərdə tutulan süni qida məhsulları üzərində tam nəzarət formalaşdırılsın və bu istiqamətdə qida təhlükəsizlyi təmin edilsin.

Qərarda həmçinin “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna da dəyişiklik nəzərdə tutulur. Dəyişikliklərə əsasən, ekoloji təmiz qida məhsulları istehsal etmək niyyətində olan şirkətlər bunun üçün quraşdırdıqları avadanlıqlara da müvafiq sertifikatlar almalıdır. Yalnız bu halda həmin şirkətin istehsal etdiyi qida məhsulu ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər.

Qərarda “Arıçılıq haqqında” qanuna edilmiş dəyişiklik isə arıçılıq məhsullarının istehsalı zamanı istifadə olunan avadanlıq və vasitələrin ekoloji təmiz standartlara uyğunluğu üçün sertifikat və baytarlıq şəhadətnaməsi alınmasını nəzərdə tutur. Yəni qərar arıçılıq sahəsində baytarlıq nəzarətini də tənzimləyəcək. Qərar arıçılıq məhsullarının gigiyenik standartlara uyğunluğuna dair normativləri də müəyyənləşdirir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR