Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Tabil Həsənov Qasım oğlu

Tabil Həsənov Qasım oğlu
Sakura

DOĞUM TARİXİ: 04/07/1960 VƏFAT TARİXİ: 29/03/1992

1960-cı il iyul ayının 4-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə Qazaxıstan Respublikasında ordu sıralarından tərxis olunan Tabil doğma kəndinə qayıdaraq, elə həmin ildən Kosalar kənd rabitə şöbəsində əmək fəaliyyətinə başlamışdır. Ermənilər torpaqlarımıza təcavüzə başlayan gündən o, qeyrətli kənd gənclərini başına toplayaraq, özünümüdafiə dəstəsi yaratmışdı.

1991-ci il dekabrın 15-i... Ermənilər dörd tərəfdən Cəmilli kəndinə qəfil hücuma keçmişdilər. Hər şeydən əli üzülmüş kənd camaatı ümidlə kömək gözləyirdi. Elə bu an Tabil öz dəstəsi ilə əks-hücuma keçdi. Düşmən çaşbaş qalaraq geri çəkilməyə məcbur oldu. Tabilin cəsarəti sayəsində kənd mühasirədən azad edildi. Bu döyüşdən sonra el arasında ona “Qırxqız qartalı” deyirdilər.

Ermənilərin ikinci hədəf nöqtəsi Meşəli kəndi idi. Cəmillidə ağır zərbə almış erməni yaraqlıları bu kənddə qırğın törətməyə çalışırdı. Bundan xəbər tutan “Qırxqız qartalı” Tabil Kosalardan Meşəli kəndinə doğru irəlilədi. Döyüş bütün gecəni və gündüzü davam etdi. O, öz dəstəsi ilə döyüşə atılaraq kəndi düşməndən azad etdi. T.Həsənovun son döyüşü Kosalarla Xankəndi arasında yerləşən Ağdaş yüksəkliyində oldu. 1992-ci il martın 29-da ermənilər Daşaşıran istiqamətindən Kosalara yenə hücum etdilər. Bu ağır döyüşdə 53 erməni yaraqlısı məhv edildi. Onlardan 12-ni şəxsən Tabil cəhənnəmə vasil etmişdi. Bu, ən uğurlu hücum hesab olunurdu. Tabil bu döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Tabil Qasım oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Kosalar kəndində dəfn edilmişdir.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR