Slimfit
  1. SİYASƏT

Tahir Mirkişili: Xocalı şəhərinin strateji mövqeyi onun iqtisadi potensialını daha da artırır

Tahir Mirkişili: Xocalı şəhərinin strateji mövqeyi onun iqtisadi potensialını daha da artırır
Sakura

Tahir Mirkişili: Xocalı şəhərinin strateji mövqeyi onun iqtisadi potensialını daha da artırır

Xocalı şəhərinin strateji mövqeyi onun iqtisadi potensialını daha da artırır. Xocalının Baş planı hazırlanarkən şəhərin nəqliyyat qovşağı və logistika mərkəzi kimi inkişaf etdirilməsi nəzərdə tutulub. Bu, Xocalı beynəlxalq hava limanının, respublika əhəmiyyətli avtomobil yollarının və tezliklə çəkiləcək dəmir yolunun mövcudluğu ilə təmin ediləcək. Bu nəqliyyat infrastrukturu şəhəri regionun əsas tranzit mərkəzinə çevirəcək və iqtisadi fəaliyyətin sürətli inkişafına şərait yaradacaq.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, şəhərin ətrafındakı zəngin kənd təsərrüfatı torpaqları, kiçik aqroparkların yaradılması və müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye və qida sənayesi obyektlərinin qurulması ilə şəhərin iqtisadiyyatı şaxələndiriləcək. Xocalının kənd təsərrüfatı potensialı yüksəkdir və bu sahədə inkişafla şəhər daxilində əhalinin məşğulluğunu artırmaq mümkündür. Böyük Qayıdış proqramı Xocalı şəhərinin və ətraf bölgələrin iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Bu proqram çərçivəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi, şəhərin sosial və iqtisadi infrastrukturlarının yenilənməsi və genişləndirilməsi nəzərdə tutulub. Bu, bölgədə yeni iş yerlərinin yaradılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə və regionun iqtisadiyyatının sürətlə böyüməsinə gətirib çıxaracaq.

T.Mirkişili bildirib ki, Xocalının yaxınlığında yerləşən Ağdam, Xankəndi və Şuşa şəhərlərinin inteqrasiyası regional iqtisadi inkişaf üçün vacibdir: "Bu şəhərlərin bir-biri ilə əlaqəli inkişafı bölgədə iqtisadi fəaliyyətlərin genişlənməsinə və yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Xocalı şəhərinin inkişafında "yaşıl enerji" mənbələrindən istifadə və davamlı inkişaf prinsiplərinə önəm verilir. Bu istiqamətdə görüləcək işlər şəhərin ekoloji cəhətdən təmiz və yaşıl bir məkana çevrilməsini təmin edəcək".

O vurğulayıb ki, Xocalı şəhərinin iqtisadi inkişafı və Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın regional və ümumilikdə ölkə iqtisadiyyatına mühüm töhfə verəcək. Xocalının strateji mövqeyi, zəngin kənd təsərrüfatı potensialı və inkişaf etmiş nəqliyyat infrastrukturu, şəhərin dinamik və dayanıqlı inkişafını təmin edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR