Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

TƏBİB rəsmisi əhalini Hepatit A virusuna qarşı vaksinasiyaya çağırıb

TƏBİB rəsmisi əhalini Hepatit A virusuna qarşı vaksinasiyaya çağırıb
Sakura

TƏBİB rəsmisi əhalini Hepatit A virusuna qarşı vaksinasiyaya çağırıb

“Hepatit A virusuna qarşı vaksin var”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva "TƏBİB məsləhəti"ndə deyib.

Onun sözlərinə görə, vaksin uzun illərdir istifadə edilir və təhlükəsizdir: “İki dəfə vurulur. Birinci dozadan 6 və ya 12 ay sonra ikinci doza vurulur. Azərbaycanda Hepatit A virusunun vaksini 1 və 6 yaşadək uşaqların cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər. Hepatit A xəstəsi ilə təmasda olan şəxsə ən azı iki həftəlik müddətdə vaksin vurulmalıdır".

TƏBİB rəsmisi əlavə edib ki, bu, xəstəliyin ağır keçməsinin qarşısını ala bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR