Slimfit
  1. TƏBİƏT

Təbiətdə suyun dövranı

Təbiətdə suyun dövranı
Sakura

Təbiətdə suyun dövranı

Su təbiətdə fasiləsiz hərəkətdə olub, Yer kürəsində hidrosfer, atmosfer və litosfer çərçivəsində daim dövr edir. Bu proses böyük və kiçik dövranla həyata keçirilir. Buxarlanma nəticəsində okean səthindən qalxan su buxarları atmosferin yuxarı qatlarında qar, yağış, dolu, duman və s. halında formalaşaraq yerin səthinə qayıdır, quru sahələrdə axın əmələ gətirərək yenidən dəniz və okeanlara qayıdır.Proses fasiləsiz davam edir. Bu prosesi suyun sadəcə mexaniki yerdəyişməsi kimi başa düşmək düzgün deyil. O suyun metomorfizasiyası olub, onun halının, vəziyyətinin və tərkibinin dəyişməsinə gətirib çıxaran vacib bir hadisədir. Günəş şüalarının daşıdığı istilik enerjisinin təsiri altında su okeanların, dəniz və göllərin səthindən buxarlanır, külək vasitəsi ilə kontinentlərə gətirilir, orada kondinsasiya edilərək yenidən yerin quru səthinə tökülür. Atmosferdən yerin səthinə tökülən su (qar, yağış, dolu) öz yolunda azotla, oksigenlə, karbon qazı, xlor tozları, müxtəlif üzvü maddələrlə zənginləşir.

Su ilə gətirilən maddələrin bir hissəsi okeanda dibə şökür, çox hissəsi isə oradakı orqanizimlərin fəaliyyətinə və qurulmasına sərf olunur. Nəticədə bir çox maddələr hidrobiontların bədən hissələrinin və törəmələrinin formalaşmasına sərf olunur. Orqanizimlər məhv olduqdan sonra isə onların qalıqları dibə çökərək, şöküntü suxurları əmələ gətirirlər. Təsvir olunan bu proses təbiətdə suyun böyük dövranı adlanır.

Yer kürəsində suyun yuxarıda təsvir olunn böyük dövranından başqa kiçik dövranı da mövcuddur ki, bura da suyun buxarlanmasının əsas mənbəyini bitkilərlə örtülü olan törpaq sahələri təşkil edir. Bu cür törpaqlar və onların üzərində bitən bitkilər həm də suyun böyük dövrandı zamanı müxtəlif növ birləşmələr şəklində olan maddələrin toplandığı yerdir. Suyun dövranı zamanı suda baş verən proseslərin mahiyyətinə diqqət etsək görərik ki, burada təkcə suyun sadə dövranından deyil, həm də özündə mürəkkəb prosesləri əks etdirən maddələrin dövranından gedir.Bu dövranı böyük dövranın hüdudlarının müxtəlif hissələrində baş verən kiçik dövran adlandırırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR