Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Təbriz Əsgərov Hamlet oğlu

Təbriz Əsgərov Hamlet oğlu
Sakura

Doğum tarixi : 12 yanvar 1993 Vəfat tarixi: 2 aprel 2016 (23 yaşında)

Təbriz Hamlet oğlu Əsgərov (d. 12 yanvar 1993; Şəmkir, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Təbriz Əsgərov 1993-cü ilin 12 yanvar günündə Şəmkir şəhərində anadan olub. Təbriz Əsgərov 2010-cu ildə Şəmkir şəhərində yerləşən Nizami Gəncəvi adına tam orta məktəbi bitirib.

Hərbi xidməti

Çavuş Təbriz Əsgərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Təbriz Əsgərov Şəmkir rayonunun Morul kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və çavuş Əsgərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Təbriz Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR