29 mart 2020, bazar
.
.
chevron_left chevron_right
CƏMİYYƏT

Teledərslər bu gün başladı: cədvəl açıqlandı

Teledərslər bu gün başladı: cədvəl açıqlandı

2022 Baxış
Teledərslər bu gün başladı: cədvəl açıqlandı

Bu gündən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Dərslərin ibtidai və yuxarı siniflər üçün həftənin hansı günlərində və saat necədə keçirilməsi barədə isə cədvəl açıqlanmayıb.

Bu isə narahatlıq yaradıb: şagirdlər hamısı saat 10:00-dan 16:00-dək televiziyanın qarşısında oturmalı və onlara aid teledərsin nə vaxt və hansı fənndən başladığını izləməlidirlərmi?

Təhsil Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, siniflər üzrə dərs bölgüləri və saatları barədə cədvəl bu gün açıqlanacaq.

Qeyd edək ki, ötən gün nazirlik ibtidai siniflər üçün həftənin 4 günü, 5-11-ci sinif şagirdləri üçün isə həftənin 2 günü “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə “Mədəniyyət” kanalında qısa videodərslər təqdim ediləcəyi barədə məlumat yayıb.

***

Təhsil Nazirliyi siniflər üzrə dərs bölgüləri və saatları barədə cədvəli açıqlayıb.

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 1 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X