Slimfit
Təqvim
Sakura

Təqvim — böyük vaxt intervallarının hesablanması sistemi. Əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar…

Təqvim — böyük vaxt intervallarının hesablanması sistemi. Əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Müxtəlif təqvim növləri mövcuddur.

 

Təqvimdən istifadə

Miladdan 3000 il öncə şumerlər bir gecə gündüzü 24 saata, bir ili on iki aya bölürdülər. Ən qədim təqvim Ay təqvimi olmuşdur.

Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir.

Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır.

Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan hesablamaqda olmuşdur. Əksər ölkələrdə,o cümlədən Azərbaycanda il yazdan hesablanmışdır. Qədim Misirlilər ilin başlanmasını Nilin daşmasından (yay günəşduruşundan) götürürdülər. Bəzi ölkələrdə isə ilin bşlanğıcı kimi yeni hökmdarın hakimiyyətə keçməsi,bəzilərində güclü küləklərin başlanması (Şumerdə),paytaxt şəhərinin əsasını qoyulması (Romada), olimpiya oyunlarının keçirilməsi (Yunanıstanda) qəbul edilmişdi.

Ərəblər ilin başlanğıcı üçün Məhəmməd peyğəmbərin Məkkədən Mədinə şəhərinə köçməsi (hicrət) gününü (miladi tarixlə 622-ci il 16 iyul) götürmüşlər. Müsəlman ölkələrində geniş yayılmış bu təqvim “hicri tarix” adı ilə məşhurdur.

 

Növləri və yerli xüsusiyyətləri

Yuli Sezarın təqvimi

Yuli Sezarın təqviminə görə hər 4 ildən 3-ü 365 gün (qısa il), 1-i 366 gün (uzun il) olurdu. Sezar təqvimində ilin orta uzunluğu 365 sutka 6 saat idi. Bu da bir ilin həqiqi uzunluğundan 11 dəqiqə 14 saniyə çox idi. Buna görə də artıq XV əsrdə yeni ilin daxil olması astronomik yeni ildən 10 sutka geri qalırdı.

 

Qriqori təqvimi

Növbəti Təqvim islahatı Roma papası XIII Qriqori tərəfindən həyata keçirildi. Qriqori təqvimi — dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi. Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunmuşdur. Daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. 4 oktyabr 1582-ci ildən tətbiq olunsa da ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilmişdir. 1582-ci ildə hər ayın tarixi 10 gün sürüşdürüldü (artırıldı), qısa və uzun illərin növbələşməsi saxlanıldı. Qərara aldılar ki, illərin nömrələrindən hansı biri iki sıfırla bitirsə və yüzlüklərin sayı 4-ə bölünmürsə, o ili uzun il yox, qısa il hesab etsinlər. Bu təqvimə görə, məsələn, 1900-cü qısa il, 2000-ci il uzun il olmalıdır (Halbuki 1900 və 2000 ədədləri 4-ə bölündüyü üçün hər iki il uzun il olmalı idi). Qriqori təqvimidə Yuli təqvimi kimi 12 aydan ibarətdir: yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr. Yeni il yanvarın 1-dən başlayır.Dekabırın 31-də qurtarır.

  1. Yanvar — 31 gün
  2. Fevral — 28 yaxud 29
  3. Mart — 31 gün
  4. Aprel — 30 gün
  5. May — 31 gün
  6. İyun — 30 gün
  7. İyul — 31 gün
  8. Avqust — 31 gün
  9. Sentyabr — 30 gün
  10. Oktyabr — 31 gün
  11. Noyabr — 30 gün
  12. Dekabr — 31 gün

Yuli təvimi hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstüələyirdi. Məsələn, əgər eranın başlanğıcında - İusus Xristosun doğulduğu illərdə, gecə-gündüz bərabərliyi (başqa sözlə, Novruz bayramı) martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi (23-((1600:400)Х3)). Ona görə də Papa Qriqori təqvimdə islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci il tarixdə İspaniya, İtaliya, Portuqaliya, Reç Pospolitiya (Büyük Litva knyazlığı və Polşa tərkibində federativ dövlət) ərazisində oktyabrın 5-inin 15 oktyabr olduğu elan edildi. Lakin provoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını qəbul etmədilər. Rusiya 1918-ci ilə qədər Qriqori təqviminə keçmədi. Vladimir Leninin dekreti ilə 31 yanvar 1918-ci il tarixdə Rusiyada fevralın 1-i, fevralın 13-ü elan edildi.

 

Ömər Xəyyam təqvimi

Orta Asiya riyaziyyatçısı və şairi Ömər Xəyyam (1048-1122) tərəfindən təklif olunmuşdur. Bu Təqvim görə hər 32 ildən deyil, hər 33 ildən 8-i uzun il olmalıdır. Ömər Xəyyama görə 1 il =365 · 8/33 sutkadır. Onun xətası 1 ildə cəmi 19 saniyədir.

 

Ay Təqvimi

İl və gündən başqa Yerdə daha bir sabit dövri proses var. Bu, ay fazalarının dəyişməsidir. Bu əsasda yaradılan Təqvim bir il 12 aya bölünür. İndiyə kimi bir sıra müsəlman ölkələrində işlədilən ay Təqvim bu hadisəyə əsaslanır. Təqvim çevrilmələri — təqvimlər arasında il fərqini təyin edir.

Miladi tarixin hicri tarixinə çevrilməsi düsturu:

{displaystyle Hicri=Miladi-622+{frac {Miladi-622}{32}}}{displaystyle Hicri=Miladi-622+{frac {Miladi-622}{32}}}

Hicri tarixin miladi tarixə çevrilməsi üçün düstur:

{displaystyle Miladi=Hicri-Hicri:33+622}{displaystyle Miladi=Hicri-Hicri:33+622}

Miladi təqvimini yəhudi təqviminə çevirmək üçün düstur.

{displaystyle Y=M+3761}{displaystyle Y=M+3761}

Yəhudi təqviminin miladi təqviminə çevirmək üçün düstur:

{displaystyle M=Y-3761}{displaystyle M=Y-3761}

Qeydlər

  • M — Miladi tarixi
  • Y — Yəhudi tarixi

Rusiya

Rusiyada qədim tarixə görə ilin başlanğıcı baharın başlanğıcı götürüldüyündən yeni il 1 mart tarixi götürülürdü.

Çar III İvanın dövründə 1492-ci ildə yeni il ( "dünya yaranmasının" 7000-ci ili ) Vizantiyadakı kimi yeni il 1 sentyabr tarixinə keçirilir.

Çar I Pyotrun sərəncamı ilə "dünya yaranması" təqvimi yulian təqvimi ilə əvəz edilir və yeni il 1 yanvar 1700-cü ildən başlayır (təqvimlərarası fərq 550 il təşkil edir).

 

Başqa təqvimlər

  • Astek təqvimi
  • Qriqori təqvimi
  • Yuli təqvimi
  • Hicri təqvimi
  • Qəməri təqvimi
  • Türk-monqol təqvimi
  • Xalq təqvimi
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR