Slimfit
  1. MARAQLI

Təyyarənin turbininə quş düşəndə nə olur ?

Təyyarənin turbininə quş düşəndə  nə olur ?
Sakura

Avropada ildə 10 minə yaxın bird strike hadisəsi baş verir

Boulinq oynayan hər kəs bilir ki, strayk – ən yaxşı zərbədir. Ancaq aviasiya leksikasının öz strayk-ı var –bird strike.  Ancaq bu heç də ən yaxşı  zərbəni deyil, quşla təyyarənin toqquşmasını ifadə edir.

Bəs niyə quşlar təyyarələrlə toqquşur? Bir quş təyyarə mühərrikinə girsə nə olar?

Quşlarla toqquşma nadir hal deyil. Avropada ildə 10 minə yaxın bird strike hadisəsi baş verir, Rusiyada bu rəqəm daha azdır - ildə təxminən 7 min. Ancaq belə böyük rəqəmlərdən qorxmaq lazım deyil.  Yalnız 5% hallarda təyyarə ciddi şəkildə zədələnir.

Bird strike hadisələrinin əksəriyyəti qalxma və təyyarənin enməsi mərhələləri zamanı baş verir. Bunun səbəbi quşların bulud səviyyəsindən yuxarı uçmamasıdır. Statistikaya görə, halların 75% -i 300 metrdən çox olmayan hündürlükdə, 20% -i 300-1500 metr yüksəklikdə, yalnız 5% -i 1500 metrdən çox yüksəklikdə baş verir.

Quşlar təyyarənin füzelyajına tez-tez düşmürlər. Belə toqquşmaların payı cəmi 12% təşkil edir. Toqquşma zamanı  quşlar daha tez-tez təyyarə mühərriklərinə daxil olurlar - bu, bütün halların 45% -ində baş verir.

Təyyarənin quşla toqquşması niyə təhlükəlidir?

Aviasiyadan uzaq insanlar quşla toqquşmanın təyyarəyə heç bir ciddi təhlükə yaratmadığına inanırlar, çünki quş kiçik və yüngül, təyyarə isə böyük və ağırdır. Və əksər hallarda bu doğrudur və təyyarənin kiçik  quşla toqquşması təhlükəli deyil.

Bununla belə, nəzərə almağa dəyir ki, uçuşda təyyarə 270 km/saat sürət yığır, və belə sürətdə daha böyük quşla toqquşma zədələrə mütləq səbəb olur. Məsələn, 5 kiloqram ağırlığında bir quşla toqquşmadan gələn təsir qüvvəsi 15 metr yüksəklikdən düşən 100 kiloqram dəmir parçasından vurulan qüvvə ilə eyni olacaq. 

Və bu toqquşmanın nəticəsi pilot kabinəsinin şüşələrinin sınması və təyyarənin füzelyajının zədələnməsi ola bilər.

Самолет после столкновения со стаей птиц

Quş sürüsüylə toqquşmadan sonra təyyarə

Bu cür ziyan uçuşun etibarlı şəkildə başa çatmasına imkan versə də, aviaşirkətlər üçün, bird strike həmişə ciddi hadisədir. Axı bundan sonra təyyarəyə  baxmaq və gizli zədələrin mövcudluğunu yoxlamaq lazımdır,  fərq edilməzsə kədərli nəticələrə səbəb ola bilər.

Təyyarənin mühərrikinə quşun düşməsi nə qədər təhlükəlidir?

Statistikaya görə bütün bird strike hadisəsinin 45%-i təyyarənin mühərriklərinə quşların düşməsiylə bağlıdır Təhlükəsizlik tələblərinə uyğun olaraq, təyyarə mühərriki işində əhəmiyyətli dərəcədə pozulmadan, 3,5 kiloqram ağırlığında quşun düşməsinə dözə bilər. Kiçik quşun düşməsi vaxtı – mühərrik sadəcə onu "udur", yalnız bəzi hallarda tiyələrdə əhəmiyyətsiz zədələr yaranır.

Mühərrikə böyük bir quş girərsə, mühərrik bıçaqları qırılaraq yanğın əmələ gələ  bilər. Ancaq bu vəziyyətdə, uçuşun təhlükəsiz  şəkildə başa çatması üçün şanslar var. Müasir təyyarələr mühərrik yanğınsöndürmə sistemləri ilə təchiz edilmişdir.  Əlbəttə mühərrik bundan sonra işləməyəcək, amma təyyarələr elə layihələşdirilmişdir ki, bir işçi mühərriklə təyinat nöqtəsinə təhlükəsiz  uça və yerə enə bilsinlər. 

Təyyarə  quş sürüsü ilə toqquşsa nə olacaq?

Təyyarə üçün ən böyük təhlükə bir sürü quşla toqquşmadır. Bu vəziyyətdə bir neçə quşun eyni anda hər iki mühərrikə girməsi riski var ki, bu da onların tamamilə işləməməsinə səbəb ola bilər. Bu halda, vəziyyətin sonrakı inkişafı uçuşun hündürlüyündən və pilotların bacarığından asılı olacaq.

Belə ki, 3-4 min metr yüksəklikdə pilotların uçuş hava limanına qayıtmaq və təyyarəni endirmək imkanları var. Hərçənd bunu etmək asan olmayacaq və eniş sərt  olacaq. Əgər bu, min metrə qədər yüksəklikdə baş verərsə, pilotlar təyyarəni harda gəldi endirməli olacaqlar. Axı, digər manevrlər üçün təyyarə sadəcə lazımi  hündürlüyə sahib deyil. Ancaq bu vəziyyətdə də müvəffəqiyyətli  nəticə üçün  şans var və bunun tarixdə nümunəsi də mövcuddur, məsələn, Hudzona məşhur eniş.

Специально обученный ястреб, отпугивающий других птиц со взлетно-посадочной полосы

Uçuş-enmə zolağından başqa quşları qorxudan xüsusi olaraq öyrədilmiş qırğı

Aeroportlarda ornitoloji xidmətlər təyyarələrin quşlarla toqquşmasından müdafiə etməklə  məşğul olurlar. Ornitoloqlar quşların qorxudulmasının müxtəlif metodlarını tətbiq edirlər, həmçinin aeroport ərazisində quşları cəlb edə biləcək zibilin yığılmamasını izləyirlər. 

***

Beləliklə, kiçik quşların mühərrikə daxil olması təyyarəyə və içindəki insanlara ciddi təhlükə yaratmır. Ancaq təyyarənin quş sürüsü ilə toqquşması, quşlar hər iki mühərrikə girməsi halında qəzaya səbəb ola bilər. Xoşbəxtlikdən, bu gün belə hallar çox nadirdir.

Mənbə: zen.yandex.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR