Slimfit
  1. BİOQRAFİYA

Timofey Vasilev

Timofey Vasilev
Sakura

Timofey Vasilev — Mordoviya hüquqşünası, Mordoviyada müasir məhkəmə prosesləri sisteminin qurucusu,…

Timofey Vasilev (tam adı: Timofey Vasileviç Vasilev, rus. Тимофей Васильевич Васильев; 19 fevral (3 mart) 1897Q4281415?Tomsk Governorate[d]Rusiya İmperiyası – 23 iyun 1939[1])[2] — Mordoviya (Erzyan) hüquqşünası, Mordoviyada müasir məhkəmə prosesləri sisteminin qurucusu, hüquqşünas, ictimai-siyasi xadim. 1917-ci il oktyabr inqilabının iştirakçısı.

Bioqrafiyası

Timofey Vasilev 19 ferval 1897-ci ildə Tomsk vilayəti Marinski qəzası, Tavla kəndində ortabab kəndli ailəsində anadan olmuşdur. 1909-cu ildə ailəsi ilə birlikdə Kuznetsk hövzəsinin Anjer kömür mədənlərində işləmək üçün işləməyə başlamışdır. Atası mədəndə, Timofey isə daşıyıcı işləyirdi. 1910-cu ildə mexaniki emalatxanada dəmirçi fəaliyyətinə başlayır. 1915-ci ildə isə ailəsi ilə birlikdə doğma Tavla kəndinə qayıdır. bir müddət sonra isə dünyavi məhkəmədə katib işləyir. 1916-cı ildə hərbi xidmətə çağrılır. Sıravi olaraq Omsk hərbi dairəsinin qərargahında katib kimi hərbi xidmət edir. 1917-ci ilin iyun ayında Omsk hərbi dairəsi, Diviziya Qərargah sədri seçilir. Elə həmin ildən Omskda məhkəmələrə təyinat alır. 1918-ci ildə Qırmızıqvardiyaçıların komandasında plemyotçu olaraq, daha sonra partizan dəstəsində xidmət edir. Krasnoyarskda hüquqi bölmənin rəhbəri işləyir. 1920-ci ilin yazından Qırmızı Ordunun Krasnoyarsk Piyada Məktəbinin kursantı olur. 1921-ci ildə Uzaqşərq Respublikasının Hərbi-Siyasi məktəbində batalyon komandiri vəzifəsində işləyir. 1924 – 1930-cu illərdə Moskva Dövlət Universitetinin Sovet hüququ fakultəsində təhsil alır. Yelizaveta Pavlovna Ryabova ilə ailə həyatı qurmuşdur. May 1925-ci ildə Ramzay adlı oğlu dünyaya gəlir. 1928-ci ilin iyun ayında Mordoviya qəza məhkəməsinin sədri seçilməsi ilə əlaqədar Saranska gəlir. 1931-ci ildə Londonda SSRİ ticarət missiyasına hüquqi məsləhətçi təyin edilir. 1932-ci ilin 8 aprelində qızı Lamruz (Elyanora) dünyaya gəlir. 8 aprel 1938-ci ildə Moskvada «Mordoviya Sağ-Trotski Burjua Milliyyətçi Terrorist Bloku» işi ilə əlaqədar həbs edilir. Saranskda tək nəfərli kamerada işgəncələrə məruz qalır. ailəsini qorumaq məqsədi ilə əlaqədar əvvəlcədən hazırlanmış protokolu imzalayır. 1938-ci ilin oktyabrında Moskvadakı Butır həbsxanasına salınır. 1939-cu ilin 27 aprel tarixində Moskva Hərbi Dairəsinin Hərbi Məhkəməsitərəfindən RSFSR Cinayət Məcəlləsinin 58-1a və 58-11-ci bəndnə əsasən təqsirli bilinmiş və güllələmə qərarı çıxarılmışdır. Timofey Vasilev 31 iyul 1939 güllələnmişdir. 1992-ci isə ona bəraət verilmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR