Slimfit
  1. AVTO VƏ MOTO

TIR nədir?

TIR nədir?
Sakura

Yük maşınlarındakı TIR yazısı necə yaranıb və nə üçün sürücülər onu yazırlar?

Yollarda yük maşınlarına ras gəlmək olar ki, onlarda TIR yazısı asılıb. Bundan əlavə, bəzi sürücülər deyir ki, belə avtomobillərə yol polisi əməkdaşları güzəşt edirlər və hətta heç yoxlamırlar. Bu gizli yazı nədir və hansı üstünlüklər verir?

Bu, heç də gizli nəqliyyat vasitəsi deyil. TIR “Transports International Routiers” və ya “Beynəlxalq yol daşımaları”nın qısa abbreviaturasıdır. O, yük daşınması üzrə beynəlxalq gömrük konvensiyasının fəaliyyəti çərçivəsində tətbiq olunub. O, hələ 1970-ci illərdən fəaliyyət göstərir. Konvensiya BMT-in Avtopa iqtisadi komissiyasının himayəsi altında Cenevrədə imzalanıb. O, MDB ölkələri də daxil olmaqla, dünyanın 60 ölkəsində qəbul edilib. Yeri gəlmişkən, bəzi ölkələrdə bu konvensiya imzalana bilməz, amma qısaltma işləyir. Məsələn: ABŞ-da.

Yük daşıyan belə qısaltmalı fura sürücüləri digər yük daşıyanlara nisbətən bəzi üstünlüklərə malikdir. Bu sistemdə iştirak edən sürücülər özü ilə “Carnet TIR” və ya “TIR kitabçası” daşıyır ki, bu da gömrük üçün müşayiət edən sənəd hesab olunur. Bu “kitabça” fura sürücüsünün həyatı və işini xeyli asanlaşdırır. Hər bir ölkədə bu sistemə cavabdeh olan təşkilatlar mövcuddur. Bir çox ölkələrin paytaxtında “Beynəlxalq avtomobil daşıyıcılarının assosiasiyası” yerləşir. Məhz orada bu “kitabça” verilir ki, orada yükü göndərən və qəbul edən ölkə, yükün özü və s. haqqında bütün zəruri məlumatlar var.

Bu sistem uzun məsafələrə yük daşıyan sürücülərin həyatını asanlaşdırmalı, lazımsız rəsmiləşdirmədən qurtarmalıdır, yük daşımalarını sürətləndirməlidir. Furanı yüklədikdən sonra ona plomb vurulur və bir nöqtədən digərinə göndərirlər. TIR emblemi, “kitabça” və furadakı plomb gömrük məntəqələrində sürücünü əlavə rəsmiləşdirmədən xilas edir. Belə yük daşımaları artıq yoxlanmış hesab edilir.

 

Mənbə: drivenn.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR