Slimfit
  1. MƏDƏNİYYƏT

Titanik (film, 1997)

Titanik (film, 1997)
Sakura

Titanik (film, 1997) — rejissor Ceyms Kemeronun filmi.

Məzmun

Real hadisə əsasında çəkilmiş əfsanəvi film. Filmdə Titanikin səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib. Film real hadisəyə əsaslansa da burada həmçinin məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek Titanikin yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu səyahətdə isə varlı ailənin qızı olan Rouzla tanış olur. Rouz isə yaşadığı yüksək cəmiyyətin sıxıcı əyləncələrindən bezmişdir. Rouzun atası qısa müddət əvvəl vəfat etmiş və arxasında böyük məbləğdə borc qoymuşdur. Və bu borcun yükü ailəsinin üzərinə düşmüşdür. Buna görə də Rouzun anası həm borclarını ödəmək həm də yüksək təbəqə statusu almaq üçün Rouzu Kellə nişanlamışdır. Rouz isə Keli sevmir, yalnız anasının xahişinə görə evlənməyi qəbul etmişdir. Ancaq Rouz Ceklə tanış olduqdan sonra əsl məhəbbətini tapdığını başa düşmüş və Kellə evlənməyi rədd etmişdir. Cek aşağı təbəqədən olduğu üçün Rouzun anası bunu qəbul etməmişdir. Kel isə hiylə işlədərək Rouza aldığı boyunbağını Cekin cibinə atır. Sonra isə onu Cekin oğurladığını deyir. Rouz buna əvvəl inanmır ancaq sonra boyunbağının Cekin cibindən çıxdığını görür. Ceki gəminin ən alt qatına atıb əllərini qandallayırlar. Ancaq sonra Rouz hər şeyi başa düşür və bütün təhlükələrə baxmayaraq o Ceki xilas etmək üçün arxasınca gedir.

Filmdə həmçinin gəmi sahiblərinin özündən razılığı göstərilmişdir. Onlar daha tez çatmaq üçün gəminin sürətini artırırlar və buna görə də qarşıdan gələn aysberqi gördükdə gəminin istiqamətini dəyişməkdə gecikirlər.

Filmdə məhəbbət xətti ilə yanaşı sinfi fərqləndirmələrin doğurduğu acı nəticələr də göstərilib. Film 11 dəfə Oskar mükafı almış və kino tarixinin ən yadda qalan filmlərindən biri olmuşdur.

 

Rollarda

  • Leonardo Di Kaprio - Cek Dovson
  • Keyt Uinslet - Rouz Devit Buketer
  • Billi Zeyn - Keledon Hokli
  • Keti Beyts - Molli Braun
  • Frensis Fişer - Ruf Devit Buketer
  • Qloria Stüart - qoca Roz
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR