Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Toğrul Fərəczadə Habil oğlu

Toğrul Fərəczadə Habil oğlu
Sakura

Doğum tarixi : 10 oktyabr 1993 Vəfat tarixi: 2 aprel 2016 (22 yaşında)

Toğrul Habil oğlu Fərəczadə (d. 10 oktyabr 1993; Ağsu, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Toğrul Fərəczadə 1993-cü ilin 10 oktyabr günündə Ağsu rayonunun Bico kəndində anadan olub.

Hərbi xidməti

Toğrul Fərəczadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Toğrul Fərəczadə doğulduğu Ağsu rayonunun Bico kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və hərbi qulluqçu Fərəczadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Toğrul Fərəczadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR