Slimfit
  1. DÜNYA

Tokayev Paşinyana başa salmağa çalışıb ki, Zəngəzur…

Tokayev Paşinyana başa salmağa çalışıb ki, Zəngəzur…
Sakura

Tokayev Paşinyana başa salmağa çalışıb ki, Zəngəzur…

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Ermənistana səfərinin Azərbaycan üçün zərəri yoxdur. Əksinə, Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı inandırmağa çalışıb ki, iki bölgənin – Mərkəzi Asiyanın və Cənubi Qafqazın inkişafı və bir-birinə daha sıx bağlılığı nəqliyyat və enerji layihələrinin reallaşmasından asılıdır və Orta dəhliz layihəsinin potensialı böyükdür. Bu layihənin əsas iştirakçılarından biri Azərbaycandır. Ermənistan da bu layihənin bir hissəsi olaraq gəlir qazana bilər, bir şərtlə ki, Azərbaycanla sülh sazişi imzalasın və Zəngəzur dəhlizinin işə düşməsinə şərait yaratsın.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Tokayevin Azərbaycanla Ermənistan arasında danışıqlarda Qazaxıstanın platforma kimi istifadəsi təklifi də müsbət dəyərləndirilməlidir:

“Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır, bizi bir-birimizə tarixi köklər bağlayır, türk dünyasının inteqrasiyasında maraqlar üst-üstə düşür. Qazaxıstan eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyində Ermənistanla tərəfdaşdır. Bunları nəzərə alaraq Qazaxıstanın görüşlər üçün məkan yeri seçilməsi tərəflər üçün məqbuldur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR