Slimfit
  1. AVTO VƏ MOTO

TOYOTA MOTOR CORPORATION

TOYOTA MOTOR CORPORATION
Sakura

TOYOTA MOTOR CORPORATION HAQQINDA

Toyota Motor Corporation (yap. トヨタ自動車株式会社 toyota dzidosya kabusiki-qaysya, TYO: 7203.T) (qısa: Toyota) - Yaponiyanın ən iri avtomobiltikinti korporasoyasıdır, həmçinin maliyyə xidmətləri təqdim edən və biznes sahəsində bir neçə əlavə iş xəttinə malikdir. Dünyanın və Yaponiyanın ən iri ictimai avtomobiltikinti şirkətidir. Şirkətin baş ofisi Toyota (Yaponiya) şəhərində yerləşir. Şirkət Fortune Global 500-də (2016) 7-ci yerdədir.

Toyota Motor Corporation, Toyota Group şirkətinin əsas üzvüdür. Toyota markası əsasən bu şirkətlə əlaqələndirilir. Şirkət avtomatlaşdırılmış dəzgahların istehsalı ilə fəaliyyətə başlamışdır.

TARİXİ

1924-cü ildə Sakiti Toyoda, Toyoda G modelinin avtomatlaşdırılmış toxuculuq dəzgahını icad etdi. Dzidok prinsipi, yəni bir problem meydana gəldiyində maşın özü dayanır, daha sonralar Toyota istehsal sisteminin bir hissəsi oldu. Tikiş dəzgahları kiçik bir istehsal xəttində yığılırdı.

1929-cu ildə avtomatik toxuculuq dəzgahının patentini ingilis şirkətinə satdıqdan sonra satışdan əldə edilən məbləğ avtomobil istehsalının inkişafı üçün başlanğıc kapitala çevrildi. 1929-cu ildə Sakiti Toyodanın oğlu Kiitiro Toyoda, Avropaya və ABŞ-a avtomobil sənayesinin öyrənilməsi üçün səfərlər etmiş və 1930-cu ildə benzin mühərrikli avtomobillərin hazırlanmasına başladı. 1933-cü ildə avtomatik toxucu dəzgahlar istehsal edən Toyoda Automatic Loom Works şirkəti avtomobillərin istehsalında ixtisaslaşan yeni şöbə yaratdı; onun rəhbəri Kiitiro Toyoda oldu. Yaponiya hökuməti Automatic Toyoda Loom Works şirkətinin bu təşəbbüsünü hər vasitə ilə təşviq edirdi. 1934-cü ildə şirkət özünün A tipli ilk mühərrikini istehsal etdi, hansı ki, 1935-ci ilin may ayında ilk minik avtomobili olan A1 və 1935-ci ilin avqust ayında yük maşını G1 modelində istifadə olunmuşdur. 1936-cı ildə sərnişin avtomobili olan AA modelinin istehsalı başlanmışdır. Erkən modellər artıq mövcud olan Dodge Power Wagon və Chevrolet modellərini xatırladırdı.

Toyota Motor Co, Ltd. müstəqil şirkət kimi 1937-ci ildə yaradılıb. Baxmayaraq ki, şirkətin qurucularının soyadı Toyoda kimi səslənir, tələffüzü asanlaşdırmaq və biznesin ailə həyatından ayrılması rəmzi kimi, şirkətə "Toyota" (トヨタ) adı vermək qərara alınmışdır. Yaponiyada "Toyota" adı "Toyoda" (豊田) adından daha uğurlu ad sayılır, çünki 8 rəqəmi uğur gətirən sayılır, elə katakana ilə yazılan "Toyota" sözü 8 cizgidən ibarətdir.

II dünya müharibəsi zamanı şirkət demək olar ki, Yaponiya imperator ordusu üçün yalnız yük maşınlarının istehsalı ilə məşğul olurdu. O vaxtkı Yaponiyada xammal - resurs bazasının və hərbi texnika üçün qovşaq və aqreqatların istehsalı üçün kəskin xammal çatışmazlığı ucbatından hərbi yük maşınları ən sadələşdirilmiş variantda, məsələn, bir fənərlə hazırlanırdı. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, Aiti şəhərindəki Toyota zavodlarının istehsal güclərinin amerikan bombardımanları tərəfindən bombalanması səbəbindən Yaponiya üçün müharibə tez başa çatdı.

Müharibədən sonra 1947-ci ildə kommersiya sərnişin avtomobili olan SA modelinin buraxılışı başladı.

50-ci illərdə şirkətin öz konstruksiyaların işlənməsi aparıldı, model cərgəsi genişləndirilirdi - Land Cruiser markalı yolsuzluq yarandı.

1950-ci ildə satış üzrə ayrıca şirkət - Toyota Motor Sales Co yaradıldı (1982-ci ilin iyul ayına qədər mövcud olub).

1952-ci ildə şirkətin yaradıcısı – Kiitiro Toyoda vəfat etdi.

1956-ci ilin aprel ayında Toyopet diler şəbəkəsi yaradıldı.

1957-ci ildə Toyota Crown, Amerikaya (nəinki ABŞ-a, həm də Braziliyaya) ixrac edilən ilk yapon avtomobili oldu.

1959-cu ildə Braziliyada Toyota avtomobillərinin istehsalı başlayır. Avstraliyada Toyota Motor Sales Australia Co, Ltd şirkəti yaradılır.

Toyota 1960-cı illərdə sürətlə genişlənməyə başladı. Yaponiyanın hüdudlarından kənarda istehsal edilən ilk "Toyota" markalı avtomobil Avstraliyanın Melburn şəhərində, 1963-cü ilin aprel ayında konveyerdən çıxdı.

1961-ci ildə qənaətcil Toyota Publica avtomobil ilk dəfə işıq üzü görüb.

1962-ci ildə Yaponiya zavodlarında öz tarixi ərzində milyonluq Toyota avtomobili buraxılıb. Toyota dilerləri şəbəkəsi fəal inkişaf edir: Toyota avtomobilinin Cənubi Afrikada istehsalı Toyota South Africa Motors (Pty), Ltd tərəfindən istehsalı başlayır. Taylandda Toyota Motor Thailand Co, Ltd (TMT) yaradılır.

1966-cı ildə Toyota hal-hazırda da istehsalı müvəffəqiyyətlə davam edən Corolla modelini buraxır və həmçinin daha bir yapon avtoistehsalçısı olan Hino şirkəti ilə işgüzar saziş bağlayır.

1967-ci ildə "Toyota Motor" "Dayhatsu Motor"a (Daihatsu Motor Company) qoşulur.

1970-ci illər yeni zavodların tikintisi və aqreqatların daimi texniki yeniliklər ilə yadda qaldı. 1970-ci ildə Celica, Carina, Sprinter modellərinin istehsalı başlayır.

1972-ci ildə 10 milyonluq Toyota avtomobili konveyerdən çıxır.

1978-ci ildə ilk önötürücü yapon avtomobili Tercel buraxılır. 70-cı illərin sonlarında Mark II modeli işıq üzü görür.

80-ci illərin əvvəllərində Camry modelinin istehsalı başlayır.

1982-ci ildə Toyota Motor Co, Ltd. Və Toyota Motor Sales Co, Ltd. şirkətləri Toyota Motor Corporation-a birləşirlər. Toyota 1983-cü ildə General Motors ilə çoxillik müqavilə imzalayır, hansı ki, nəticədə 1984-cü ildə ABŞ-da onların birgə müəssisələri avtomobillər istehsal etməyə başlayırlar. 1986-ci ildə artıq 50 milyonluq Toyota markalı avtomobili buraxıldı.

Toyotanın yeni modelləri - Corsa, Corolla II, 4Runner 80-ci illərin sonlarında işıq üzü görürlər. Bu dövrün əsas hadisələrindən birini - 1988-ci ildə Toyotanın bahalı avtomobillər sektorunda, yüksək səviyyəli avtomobillərin istehsalı üçün yaradılmış bölməsi tərəfindən Lexus markasının yaradılmasını hesab etmək olar. Artıq 1989-cu ildə Lexus LS400 və Lexus ES250 kimi modellər təqdim edilmiş və satışa çıxarılmışdır.

90-cı illərdə Toyota, Audi və Volkswagen ilə dilerlik müqavilələri bağlayır, 1995-ci ildə Hino və Daihatsu ilə məhsulların birgə bölüşdürülməsi haqqında müqavilə imzaladı. 1990-cı il öz dizayn mərkəzi olan - Tokio Design Center-in açılması ilə yadda qaldı. 1992-ci ildə Toyota Motor Manufacturing (UK) Ltd.-də avtomobillərin istehsalı başladı. 1996-cı ildə Yaponiyada 90 milyonluq Toyota buraxıldı. Həmin il Moskvada Toyota Traning Center açıldı və 4 vuruşlu birbaşa yanacaq ötürücülü (D-4) benzin mühərrikinin istehsalı başlandı.

Yaponiyada bu istehsalçının avtomobilləri ən çox satılan avtomobillət idilər. Belə ki, 1992-ci ildə Toyota şirkətinin payı əhaliyə məxsus olan avtomobillərin 40 faizini təşkil edirdi.

1997-ci ildə hibrid mühərriki ilə təchiz olunmuş (Toyota Hybrid System) Prius modeli yaradılır. Prius ilə yanaşı, Coaster və RAV4 modelləri də hibrid mühərriklərlə təchiz olunmuşdur. Həmin il Raum modelinin, 1998-ci ildə isə Avensis və Land Cruiser 100 yolsuzluq avtomobillərinin yeni nəslinin istehsalının başlanması elan edildi. Həmin vaxt Toyota - Daihatsunun nəzarət paketini əldə etdi.

1999-cu ildə Yaponiyada 100 milyonuncu Toyota buraxıldı.

2000-ci ildə Prius modelinin dünya miqyasında satışı 50.000-ə çatdı, RAV4-ün yeni nəsli buraxıldı.

2001-ci ildə ABŞ-da 5 milyonuncu Camry satıldı.

2002-ci ildə Toyotanın zavod komandası Formula 1 Dünya Çempionatında iştirak etdi.

Toyota Motor, 2007-2009-cu illərdə dünyanın ən böyük avtomobil istehsalçılarından biri olur və 2012-ci ildən bəri bu adı qoruyub saxlamışdır

2007-ci ilin I rübündə Toyota ilk dəfə olaraq General Motors-dan (GM) daha çox avtomobil istehsal edib və satmışdır. GM 76 il ərzində "dünyanın ən böyük avtoistehsalçı" adını qoruyurdu. Amma son illərdə digər Amerika avtomobil istehsalçıları kimi GM də bir böhran yaşadı və istehsalı dayandırmaq məcburiyyətində qaldı - bazarda boş qalmış yerləri rəqiblər və ilk növbədə Toyota tutur. Aprel ayının 24-də Yapon şirkəti bildirib ki, I rübdə 2,37 milyon avtomobil istehsal edib və 2,35 milyon avtomobil satıb. Beləliklə, ilk dəfə olaraq GM keçir, hansı ki, müvafiq göstəriciləri 2.34 milyon və 2.26 milyon avtomobil təşkil edirdi.

Şirkət 2009 maliyyə ilini zərərlə başa vurdu, 1950-ci ildən bəri belə bir hal baş verməmişdir.

2012-ci ilin may ayında Volkswagen və General Motors-u keçərək Toyota yenidən 1-ci yeri tutdu.

2013-2015-ci illərdə Toyota markası dünyanın ən bahalı avtomobili markası hesab edilir (2014-cü ildə markanın dəyərinin 2% azalmasına baxmayaraq).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR