Slimfit
  1. DÜNYA

Tramp bu ölkəni mühasirəyə almaq istəyir - İnanılmaz ideya

Tramp bu ölkəni mühasirəyə almaq istəyir - İnanılmaz ideya
Sakura

Tramp bu ölkəni mühasirəyə almaq istəyir - İnanılmaz ideya

ABŞ Prezidenti Donald Tramp Venesuelaya malların giriş-çıxışının tamamilə qadağan edilməsi üçün bu ölkəni dənizdən mühasirəyə almağı düşünür.

Axar.az xəbər verir ki, “Axios” agentliyi bu iddia ilə çıxış edib.

Bildirilib ki, Ağ Ev rəhbəri hələ il yarım bundan əvvəl bu təşəbbüsü ölkə rəsmiləri ilə müzakirəyə çıxarıb. Lakin ABŞ Baş Qərargahının yüksək rütbəli nümayəndələri bu ideyanın olduqca bahalı və mümkünsüz olduğunu ölkə rəhbərinə bildiriblər.

2800 km-lik sahilə malik Venesuela ilə bağlı belə addımın atılması İran və Çin regionundakı savaş gəmilərinin də səfərbərliyini tələb edir. Belə olan halda ABŞ-ın Yaxın və Uzaq Şərqə nəzarəti zəifləyər.

Bundan əlavə, yaxın ətrafı Trampa belə qərarın hüququ əsasının olmadığını çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR