Slimfit
  1. DÜNYA

Tramp həyat yoldaşından danışdı: “Bizim özümüzün Jaklinimiz var”

Tramp həyat yoldaşından danışdı: “Bizim özümüzün Jaklinimiz var”
Sakura

Tramp həyat yoldaşından danışdı: “Bizim özümüzün Jaklinimiz var”

Amerikanın lideri Donald Tramp həyat yoldaşı Melaniyanı Birləşmiş Ştatların 35-ci prezidenti olmuş Con Kennedinin xanımı Jaklin Kennedi ilə müqayisə edib.

Bizimyol.info xəbər verir ki, Tramp prezident təyyarəsinin üzərindəki arnament dəyişikliyi barədə qərarını izah edərkən belə bir müqayisə aparıb. ABŞ-da prezident təyyarəsinin üzərindəki mavi görüntü hələ ötən əsrin 60-cı illərində Jaklin Kennedinin istəyinə uyğun işlənib hazırlanmışdı. O vaxtdan bəri də elə o cür saxlanmışdı. “O, Jaklinin tərzi idi. Bu, yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, bu gün bizim özümüzün Jaklinimiz var, onun adı isə Melaniyadır”,- Tramp belə deyib.

Jaklin Con Kennedi ilə 10 il birgə nikahda yaşayıb. Bu müddətin də iki ilini o, ABŞ-ın birinci xanımı olub.

Jaklin həyat yoldaşı Con Kennedinin qətlindən beş il sonra yunan milyarder Aristotel Onassisə ərə getmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR