Slimfit
  1. DÜNYA

Tramp: "Rusiya Baydeni ABŞ Prezidenti kimi görməyə üstünlük verəcək"

Tramp: "Rusiya Baydeni ABŞ Prezidenti kimi görməyə üstünlük verəcək"
Sakura

Tramp: "Rusiya Baydeni ABŞ Prezidenti kimi görməyə üstünlük verəcək"

"Rusiya seçkilərdə Co Baydeni ABŞ-ın Prezidenti kimi görməyə üstünlük verəcək".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"un efirində deyib.

"Rusiya yəqin ki, Baydeni istəyir. Çünki baxın, Rusiyaya qarşı məndən daha sərt heç kim olmayıb, heç kim. İstər boru kəməri ilə (Şimal Axını-2) bağlı məsələdə, istərsə də hərbi sahədə", - Prezident Tramp deyib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasından hazırkı Prezident Donald Tramp ikinci müddətə namizədliyini verib, Demokratların namizədi isə keçmiş vitse-prezident 77 yaşlı Co Baydendir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR