Slimfit
  1. DÜNYA

Türk xalqları

Türk xalqları
Sakura

Türk xalqları — Etnolinqvistik qrup

Türk xalqları — Etnolinqvistik qrup; Avrasiya ərazisində yaşayan türkdilli xalqlar. Dünyada türk xalqlarının sayı 176 milyondan çoxdur. “Türk” sözünə ilk dəfə Bizans mənbələrində[Mənbə göstərin] və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir. Qədim Çin mənbələri türk tayfalarının b.e.ə II minillikdə mövcudluğu haqqında məlumat verir.

Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaş və qaqauzlar xristian, yakutlar, dolqanlar və xakaslar şamanist, karaim və krımçaklar iudaizm, uyğurların böyük bir hissəsi isə buddizm dininə inanır. Türk xalqlarının hazırda 7 müstəqil dövləti vardır.(Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr).

Müstəqil türk dövlətlərindən başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində isə Sintzyan-Uyğur Muxtar Rayonu vardır.

Geoloji baxımdan türk xalqları Alp qırışıqlığı zonasında (Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Türkmənistanın bir hissəsi, Şimali Qafqaz, türk qurumları), Mərkəzi Asiya və Cənubi Sibirin fəal seysmik zonasında (Özbəkistan, Qırğızıstan, Qazaxıstanın bir hissəsi, Xakasiya, Altay, Tıva), Şərqi Asiya mezozoy qırışıqlığı zonasında (Saxa-Yakutiya), Şərqi Avropa (Tatarıstan, Başqırdıstan, Çuvaşiya), Turan (Özbəkistan, Qazaxıstan, Türkmənistan), Sibir və Çin platformalarında yerləşir.

Neft-qaz yataqlarına görə Azərbaycan, Özbəkistan (Fərqanə-qaz), Qazaxıstan (Tengiz və Turqay-neft), Türkmənistan, Özbəkistan (Qazlı və Mübarəkqaz), Tatarıstan (Elxon) və Başqırdıstan seçilir.Türk dünyasının əsas daş kömür yataqları Türkiyədə (Zonquldağ-Ereğli), Özbəkistanda (boz kömür-Anqren və Sarqun), Qazaxıstanda (Qaraqanda, Ekibastuz), Tıvada (Ulufim), Sintzyan-Uyğurda (Bay kömür) və Saxadadır (Lena).Dəmir filizi Türkiyədə, Qazaxıstanda (Kustunay), Saxada, Altayda, Azərbaycanda (Daşkəsən) və Xakasiyadadır.

Mis filizi Qazaxıstanda (Balxaş, Cezqazan), sink Qazaxıstan (Ust Kamenqorsk), Özbəkistanda, Azərbaycanda, xrom yataqları isə Türkiyədədir. Polimetal filizləri Qazaxıstanda, Azərbaycanda, Özbəkistanda, Türkiyədə, Altayda, qızıl yataqları Özbəkistanda (Muruntau), Qazaxıstanda, Azərbaycanda,Altayda və Saxadadır. Almaz Saxada çıxarılır.

Dil ümumiliyi, el sənətləri, tarixi–coğrafi məkan, şifahi xalq ədəbiyyatı ("Kitabi Dədə Qorqud", "Koroğlu dastanı", "Alpamış", "Manas"), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə - Şimali-Şərqi Asiya,Ural dağları və Qərb tərəfə köç etmişlər.

Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə "Tyuku" (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.


Mündəricat

  • 1Təsnifat
  • 2Əhali
    • 2.1Dövlət qurumuna malik olanlar
    • 2.2Dövlət qurumuna malik olmayanlar
    • 2.3Əhali sıxlığı
    • 2.4Cins və yaş tərkibi
  • 3İqtisadiyyat
    • 3.1Sənaye
  • 4Xarici keçidlər
  • 5İstinadlar
  • 6Həmçinin bax

 

Təsnifa

Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər:

  1. Oğuzlar – Anadolu türkləri, Azərbaycanlılar, qaqauzlar, türkmənlər, axısqa türkləri, krım tatarları, türkmanlar, Xorasan türkləri və s.
  2. Uyğurlar – özbəklər, həzaralar, salarlar, uyğurlar, tuvalar, şorlar, komasin-tobollar, baraba tatarları, çulumlar və s.)
  3. Qıpçaqlar – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar)
  4. Bulqarlar – tatarlar, başqırdlar, qaraçaylılar, qaraimlər.

Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini). Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.

 

Əhali

Türklərin ümumi sayı müstəqil türk dövlətlərində 130 milyondan çoxdur. 50 milyon nəfərə yaxını isə Rusiya və Çin ərazisində yaşayır.80 milyondan çox türk isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır.Türk dünyasında təbii artımın orta göstəricisi 2%-ə yaxındır.

 

Dövlət qurumuna malik olanlar

Bayraq Ölkə Quruluş Əhali Ərazi Paytaxt Rəsmi dil Pul vahidi Türklərin faiz göstəricisi Yaşayan türklər(mln)
Flag of Azerbaijan.svgAzərbaycan Azərbaycan 1991 9.949.600 86.600 Bakı Azərbaycan dili Azərbaycan manatı 92.3% 8.8
Flag of Kazakhstan.svgQazaxıstan Qazaxıstan 1991 18.014.200 2.274.900 Astana Qazax dili Qazaxıstan tengəsi 73.8% 13.1
Flag of Kyrgyzstan.svgQırğızıstan Qırğızıstan 1991 5.482.000 199.900 Bişkek Qırğız dili Qırğızıstan somu 80.6% 4.4
Flag of the Turkish Republic of Northern Cyprus.svg ŞKTR Şimali Kipr türk respublikası 1983 286.257 3.355 Lefkoşa Türk dili Türk lirəsi 99% 0.3
Flag of Uzbekistan.svgÖzbəkistan Özbəkistan 1991 29.559.100 447.400 Daşkənd Özbək dili Özbəkistan somu 87% 25.7
Flag of Turkey.svg Türkiyə Türkiyə 1923 76.667.864 783.562 Ankara Türk dili Türk lirəsi 89.5% 67.5
Flag of Turkmenistan.svgTürkmənistan Türkmənistan 1991 5.450.000 491.210 Aşqabad Türkmən dili Türkmənistan manatı 90% 4.9

 

Dövlət qurumuna malik olmayanlar

  • Axısqa türkləri - 500 min
  • Sarı uyğurlar - 20,719 nəfərdən çox.
  • Urum-Qıpçaqlar - 106,768 nəfərdən çox.
  • Altaylılar - 67,239 nəfərdən çox.
  • Xorasan türkləri - 830 min
  • Balkarlar - 108,426 nəfərdən çox.
  • Başqırdlar - 1.705.053 nəfərdən çox.
  • Çulumlar - 1 min
  • Çuvaşlar - 1.8 milyon
  • Krım tatarları - 500 min
  • Dolqanlar - 10 min
  • Qaqauzlar - 300 min
  • Qaraçaylılar - 300 min
  • Qəraimlər - 50 min
  • Qaraqalpaqlar - 550 min
  • Xakaslar - 90 min
  • Krımçaqlar - 1.5 min
  • Qumuqlar - 500 min
  • Noqaylar - 110 min
  • Qaşqaylar - 1.757 milyon
  • Salar - 125 min
  • Tatarlar - 6.755.000
  • Naqaybaklar - 9.600
  • Sibir Tatarları - 9.611[4]
  • Türkmanlar - 3 milyon
  • Kipr türkləri - 750.000-1.000.000
  • Qərbi Frakiya türkləri - 150.000
  • Tuvinlər - 264,400[5]
  • Uyğurlar - 11 000 000
  • Çelqanlar - 1,700
  • Kumandılar - 2900
  • Telengitlər - 3,712
  • Teleutlar - 3 000

 

Əhali sıxlığı

Əhalisinin orta sıxlığına görə dövlət və qurumlar bir-birindən fərqlənir.Azərbaycan və Türkiyədə orta sıxlıq hər km2 -də 85-105 nəfər, Şimali Kipr və Özbəkistanda 55-60 nəfər, Çuvaş, Kabarda-Balkariya və Tatarıstan respublikalarında 60-70 nəfərdir.Digər dövlət və qurumlarda isə əhalinin sıxlığı hər km2 -də 30 nəfərdən azdır.

 

Cins və yaş tərkibi

Əhalinin cins tərkibindəki oxşarlıq azərbaycanlılar, tatarlar və çuvaşlar istisna olmaqla bütün türk xalqlarında eynidir(kişilər çoxdur). Türk dünyası əhalisi arasında 16-65 yaş həddində olanlar üstünlük təşkil edir.65 yaşdan yuxarı olanlar yalnız 10-15% təşkil edir.

 

İqtisadiyyat

Urbanizasiya səviyyəsinə görə Azərbaycan, Qazaxıstan, Türkiyə seçilir.Qurumlardan isə demək olar ki, hamısında (Altay və Tıva istisna olmaqla) şəhər əhalisi çoxluq təşkil edir.Türkiyə, Azərbaycan, Qazaxıstan, Tatarıstan və Başqırdıstan kimi respublikalarda milli gəlirin yarıdan çoxunu çoxsahəli inkişaf etmiş sənaye verir.Bir çox respublikalarda- Özbəkistan, Türkmənistan, Qırğızıstan, Saxa, Altay kimi respublikalarda sənaye ilə yanaşı, kənd təsərrüfatı da iqtisadiyyatın əsasını təşkil edir. Bütövlükdə türk dünyası ölkələrində sənayenin ən başlıca sahələri olan energetika, maşınqayırma, metallurgiya, kimya sənayesi,xeyli inkişaf edib.

 

Sənaye

Neft-qaz hasilatına görə Azərbaycan, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan; daş kömür çıxarılmasında isə Türkiyə, Qazaxıstan, Altay, Saxa dünyada məşhurdur.Bu ölkələrdə enerjiyə tələbat demək olar ki, tam ödənilir.Ümumiyyətlə, türk dövlətləri içərisində enerji qıtlığı çəkən ölkə yoxdur. Metallurgiya sənayesində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistan fərqlənir. Türk dünyasında maşınqayırma sahəsi birinci növbədə kənd təsərrüfatı, neft və qaz, dağ-mədən və yüngül sənaye sahələrinin ehtiyacını ödəməyə yönəldilmişdir.Türkiyə, Qazaxıstan və Özbəkistanda kənd təsərrüfatı maşınları- traktorlar, kombaynlar və becərmə alətləri istehsalı daha çox inkişaf etmişdir. Türkiyə, Tatarıstan, Qırğızıstan və Qazaxıstanda avtomobillər, Özbəkistanda və Tatarıstanda təyyarə istehsal olunur. Dəzgahqayırma və cihazqayırma, o cümlədən energetika maşınqayırması Türkiyə, Azərbaycan və Qazaxıstanda inkişaf etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR