Slimfit
  1. TÜRKİYƏ

Türkiyə Aralıq dənizinə daha bir kəşfiyyat-axtarış gəmisi göndərib

Türkiyə Aralıq dənizinə daha bir kəşfiyyat-axtarış gəmisi göndərib
Sakura

Türkiyə Aralıq dənizinə daha bir kəşfiyyat-axtarış gəmisi göndərib

Türkiyənin növbəti neft və qaz kəşfiyyat-axtarış gəmisi dekabrın 8-də Aralıq dənizinə yola düşüb. Gəminin dekabrın sonuna qədər kəşfiyyat-axtarış işlərinə başlaması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez məlumat verib. Türkiyənin Aralıq dənizində və Qara dənizdə neft-qaz axtarışının davam etdiriləcəyini vurğulayan nazir bildirib ki, ölkənin bütün ərazisinin qazlaşdırılması hökumətin əsas iqtisadi prioritetidir.

Xatırladaq ki, hazırda Türkiyə “Oruç Reis”, “Barbaros Hayreddin Paşa” və “Fatih” gəmiləri ilə Qara dənizdə və Aralıq dənizinin şərqində kəşfiyyat-qazma işlərini davam etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR