Slimfit
  1. TÜRKİYƏ

Türkiyə bayrağı

Türkiyə bayrağı
Sakura

Türkiyə Respublikasının dövlət bayrağı

Qırmızı zəmin üzərində ağ aypara və ulduzdan ibarət bayraq ilk dəfə Osmanlı İmperiyası tərəfindən 1844-cü ildə qəbul olunmuşdur. Bayraq 29 may 1936-cı ildə 2994 nömrəli Türk Bayrağı Qanunu ilə rəsmiləşdirilmiş və Türkiyənin dövlət bayrağı olaraq qəbul edilmişdir. 22 sentyabr 1983-cü ildə 2893 nömrəli Türk Bayrağı Qanunu ilə bayrağın ölçüləri müəyyənləşdirilmiş və bayraq indiki təkmil halını almışdır.

Tarix

Osmanlı İmperiyasından əvvəlki Anadolu türk dövlətlərində istifadə edilən bayraqların rəng və simvolları haqqında ətraflı məlumat yoxdur. İlk türk bayrağı Anadolu Səlcuqlu hökmdarı Qiyasəddin Məsud tərəfindən Osman Bəyə göndərilən ağ rəngli bayraq olmuşdur. XV əsrdən sonra al bayraq, Yavuz Sultan Səlim dövründəki Çaldıran döyüşündə isə yaşıl bayraq istifadə edilmişdir. İndiki Türkiyə bayrağına ən oxşar bayrağa isə III Səlim dövründə rast gəlinir. Bu bayraqda aypara ilə birlikdə səkkiz güşəli ulduz öz əksini tapmışdır. 1842-ci ildə, Əbdülməcid dövründə ulduz beş guşəli ulduzla əvəz olunmuşdur.

Bayrağın son şəkli 29 may 1936-cı ildə təyin edilmişdir. 28 iyul 1937-ci il tarixli 27175 saylı "Türk Bayrağı nizamnaməsi Fərmanı"nda Türkiyə bayrağının rəng və formaları öz təsdiqini tapmışdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR